• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dünyanın ən zövqsüz məşhurları – FOTOLAR

  • Maraqlı
  • 30 Mart 2015 18:24
  • 606 Baxış
Dünyanın ən zövqsüz məşhurları – FOTOLAR

Onlar hər zaman ictimaiyyətin, o cümlədən mətbuatın, cəmiyyətin, insanların diqqət mərkəzindədirlər. Söhbət dünyanın ayrı-ayrı ölkələrinin zəngin insanlarından, tanınmış sənət nümayəndələrindən gedir.

Bir sıra aktyorlarla, biznesmenlərlə bağlı aparılan araşdırmalar göstərir ki, onların heç də hamısının qadınları gözəl deyil.

Publika.az məşhurların xanımları ilə bağlı maraqlı məqamları təqdim edir:

"Məhəbbətin gözü kordur" misalını bir neçə il əvvəl aktrisa Tare Uilsonla ilə evlənmiş aktyor Kris Nota xüsusi olaraq aid etmək olar. Yaraşıqlı aktyorun o qədər də gözəl olmayan xanımı onun zövqündən xəbər verir.

Krisla Tare Nyu-Yorkda "Cutting Room" barında tanış olmuşdular. Sevgililər bu gün həmin tanışlığı xoş xatirə kimi xatırlayırlar. Kris də, Tare də hal-hazırda həm də biznes partnyorlarıdır.

Toyları bir neçə il əvvəl baş tutmuş Sara Cessika Parker və Kerri Bredşounun ən xoşbəxt gün mərasimlərinə qatılanlar bəyin gəlindən xeyli yaraşıqlı olduğunu görüncə təəccüblərini gizlədə bilməmişdilər. Qeyd edək ki, varlı ailənin romantik toy mərasimi Maui adasında baş tutmuşdu. Nikah mərasiminin digər qəribə məqamı toya cütlüklərin cəmi 10 doğma adamının dəvət edilməsi idi.

Avropada və Amerikada çox sevilən aktyor Hyu Cekman aktrisa Deborre - Li Fernesslə evlənəndə bir çoxları sənətçinin belə əcaib zövqünə heyran qaldılar. Bir zamanlar planetin ən seksual kişisi adına layiq görülmüş aktyor Hyu Cekman seçdiyi qadından həm xarici görkəminə, həm də xarakterinə görə kəskin fərqlənir. Bu arada qeyd edək ki, aktrisa Deborre - Li Ferness Hyu Cekmandan nə az-nə çox, 13 yaş böyükdür. Cütlük hələ bir neçə il əvvəl tanış olub. Həmin vaxt Deborre - Li Ferness ölkəsinin tanınmış aktrisalarından biri idi. Hyu Cekman isə əksinə, heç tanınmırdı. Lakin Deborre - Li Ferness tezliklə həyatının darıxdırıcı olmaması üçün yaraşıqlı kişiyə könül vermənin labüd olduğunu başa düşdü. O, belə bir kişini aktyor Hyu Cekmanın simasında tapdı.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR