Dünyanın ən yaşlı insanı vəfat etdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən yaşlı insanı vəfat etdi - FOTOLAR

Dünyanın ən yaşlı sakini Yaponiya sakini Misao Okava 117 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, Misao Okava çərşənbə günü Osakada yerləşən qocalar evində ölüb.

Xatırladaq ki, mart ayında Okava 117 yaşını bir gün əvvəl qeyd edib. Ad günü mərasimi martın 4-də qocalar evində keçirilib. Müəssisə əməkdaşlarının sözlərinə görə, yaşlı qadının eşitmə problemi yaranıb və daha asta yeriməyə başlayıb.

Qeyd edək ki, Misao Okava 1898-ci il martın 5-də Osaka şəhərində dünyaya gəlib. O, 1919-cu ildə ərə gedib və 3 uşaq dünyaya gətirib. 1931-ci ildə isə Okava dul qalıb. Onun 4 nəvə və 6 nəticəsi olub. Okava planetin ən qocaman insanı kimi 2013-cü ildə Ginessin Rekordlar kitabına da düşüb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm