ABŞ-da güllələnmə yolu ilə edam qaytarılır – FOTOLAR
Bizi izləyin

Bilgi.az

ABŞ-da güllələnmə yolu ilə edam qaytarılır – FOTOLAR

ABŞ-ın Yuta ştatında barəsində ölüm hökmü çıxarılmış cinayətkarlar güllələnəcək.

Publika.az-ın məlumatına görə, bununla bağlı ştatın qanunverici orqanı qərar qəbul edib. Məsələ ondadır ki, əvvəllər edam zəhərli iynə vasitəsilə həyata keçirilirdi. İnyeksiyaları isə ABŞ həbsxanaları Avropa ölkələrindən alırdılar. Hazırda əksər Avropa ölkələri ölüm hökmünə qarşı çıxdıqlarından ABŞ-a zəhərli inyeksiya göndərməkdən imtina edirlər. Odur ki, edam hökmünün icrası üçün güllələnmə üsuluna qayıtmağa qərar verilib.

Edam hökmü həbsxananın xüsusi otağında həyata keçirilir. Məhkumun oturdulacağı kürsünün arxasında taxta lövhə qoyulur. Lövhənin arxasında isə içinə qum doldurulmuş kisələr yerləşdirilir ki, güllələr beton divara dəyib kənara sıçramasın.

Məhkum kürsüyə oturdulur. Onun sinəsinə hədəf bərkidilir. Çünki edamı icra edən atıcılar məhkumun başına yox, məhz sinəsinə atəş açırlar. Hesab edilir ki, bu halda məhkum daha tez keçinir və əziyyətsiz ölür.

Atəş 5 atıcı tərəfindən "vinçester" tipli tüfənglərdən açılır. Atıcılar məhkumdan cəmi 8 metr məsafədə olur.

Atıcıların özü isə elə cinayət baş verən rayondan, edamı könüllü icra etmək istəyən keçmiş ordu zabitləri arasından seçilir.

Onların adı gizli qalır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm