Rus mütəxəssisləri uçan ev ixtira etdilər - FOTO
Bizi izləyin

Bilgi.az

Rus mütəxəssisləri uçan ev ixtira etdilər - FOTO

Macəra axtarışında olan bir sıra insanların illərdir həsrətində olduqları uçan ev arzusu artıq gerçəkləşmək üzrədir.

Publika.az xəbər verir ki, rusiyalı ekspertlərin hazırladıqları "Freedom" adlı uçan ev layihəsi həyata keçmək üzrədir. Bu ölkənin "Artzona.ru" dizayn və memarlıq studiyasının əməkdaşı Dmitri Ulitin və Anastasya Taratuta "Freedom" adını verdikləri uçan ev bu yaxınlarda reallaşacaq. "Freedom" zaman və məkan baxımından sərbəst hərəkət edə bilən ev layihəsidir.

Maraqlıdır ki, "Freedom"un adı heç də azadlıq yox, başqa mənada qeyd edilir: "Free" ingiliscə sərbəst, "dom" sözü isə ev anlamına gəlir. "Freedom" gələcək sahiblərinə istədikləri yerdə kirayə pulu vermədən havada sərbəst yaşamaq imkanı verəcək. Səmada hərəkət edə bilmə qabiliyyətinə malik olan uçan ev eyni zamanda həm ev, yataq, həm də hava maşını funksiyalarını yerinə yetirə biləcək.

Qəribədir ki, sahibləri istədikləri vaxt uçan evi meşəyə, dağa, dəniz və ya gölə endirə biləcəklər. Uçan evi həm avtomatik, həm də əllə idarə etmək olacaq. Mühəndislər bildirilər ki, "Freedom" ilə uçmaq tamamilə təhlükəsizdir. Çünki səmada hər hansı təhlükə ortaya çıxarsa, onun içindəkilər xilas ola biləcəklər. Qeyd edək ki, hazırda qurulmaqda olan uçan ev "Freedom"in maliyyə xərcləri çoxdur. Bu səbəbdən də onun qiyməti 6 milyon avrodan bahadır. Uçan evi 4 ildən sonra satışa çıxarılacaq.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm