Zənginlərin uşaqları daha ağıllı olur?
Bizi izləyin

Bilgi.az

Zənginlərin uşaqları daha ağıllı olur?

Cənubi Kaliforniya Universitetinin alimlərinin apardıqları ən yeni araşdırma uşaqların beyin inkişafı ilə bağlı inanılmaz faktları ortaya çıxarıb. Məlum olub ki, ətraf mühit beynin inkişafında zənn ediləndən də çox rol oynayır.

Müxtəlif ictimai təbəqələrin nümayəndələri arasından seçilən 3-20 yaşlı 1099 uşaq və gəncin iştirak etdiyi araşdırma zəngin ailələrin övladlarının daha ağıllı olduqlarını ortaya çıxarıb.

Alimlər bu faktı belə izah edirlər: "Zəngin ailə övladına daha yaxşı təhsil verə bilir, belə uşaqlar zəka testlərində daha müvəffəqiyyətli nəticələr əldə edirlər".

Tədqiqatçılar bildirirlər ki, zəngin ailənin övladıyla daha aşağı təbəqədən gələn uşağın arasındakı ən böyük fərq beynin danışıq, oxu, yaddaş bacarıqlarını təmin edən bölgələrində hiss edilir.

Bu araşdırmanın nəticələri "Nature Neuroscience" adlı jurnalda nəşr olunub.

Araşdırma nəticələrini qələmə alan professor Elizabet Souell qeyd edib ki, beyin hər yaşda inkişafına davam edir, özünü inkişaf etdirmək istəyən hər bir fərd zəngin və ya kasıb olmasından asılı olmayaraq, zəka dərəcəsini artıra bilər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm