1 aprel zarafatı ilə "BMW" qazandı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

1 aprel zarafatı ilə "BMW" qazandı - FOTOLAR

Qəzetdə nəşr etdirdiyi 1 aprel zarafatı Yeni Zellandiyada fəaliyyət göstərən "Team McMillan" adlı "BMW" dillerinə baha başa gəlib.

Hər il qəzetdə 1 aprel zarafatı eləməyi ənənə halına gətirən diller firma səhər tezdən köhnə maşınını gətirən ilk şəxsə "BMW"nin axırıncı modelini hədiyyə edəcəklərini elan edib.

Elanı görən bir çox qəzet oxucusu bunun şit bir zarafat olduğunu başa düşsə də, Tianna Marş oxuduqlarını ciddi qəbul edərək səhər saat 05.30-da 15 illik köhnə "NİSSAN" avtomobili ilə firmaya gedib. Şirkətin sahibi elandan xəbəri olmadığını desə də, Marşın təkidi ilə qarşılaşıb.

Nəhayət, Tianna Marşa son model "BMW" avtomobili verilib. Şirkət rəhbəri, "Heç kim xanım Marş qədər bu avtomobilə layiq olmamışdı", – deyib.

Yeni avtomobilin buferinə isə "Zarafat deyil" yazılıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm