• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Yaşlı insan bədənində gizlənən uşaq” - FOTOLAR

  • Maraqlı
  • 3 Aprel 2015 23:49
  • 1 761 Baxış
“Yaşlı insan bədənində gizlənən uşaq” - FOTOLAR

"Heyli bu gün son nəfəsini verdi. Qızım qollarım arasında 21: 39-da keçindi".

Bu sözləri progeriya xəstəliyindən əziyyət çəkən 17 yaşlı qızın anası sosial şəbəkədə yazıb...

Publika.az yaşından qat-qat qoca görünməsinə səbəb olan nadir xəstəliyindən vəfat edən 17 yaşlı qızın həyatını təqdim edir.

Genetik kodda baş verən qüsur nəticəsində 90 yaşlı qoca kimi görünən 17 yaşlı Heyli Okayns vəfat edib. Adətən bu xəstəlikdən əziyyət çəkən insanlar 13 yaşa kimi yaşaya bilmir. Heylidə qocalma prosesi sürətlə getsə də, o, 17 il yaşaya bilib.

Cəsur qız hələ 14 yaşında ikən "Vaxtımdan əvvəl qoca" adlı avtobioqrafik kitab nəşr etdirib. Onun mərdliyi minlərlə insan tərəfindən maraqla izlənilib və onun haqqında sənədli filmlər çəkilib.

Böyük Britaniyada doğulan yeniyetmə, sürətlə qocaldığı üçün onun orqanizmi normada 104 yaşlı insanın bədəni ilə müqayisə olunub.

Dünyada progeriya genetik xəstəlikdən əziyyət çəkən insanların sayı 50-ə yaxındır. Dekabrda 17 yaşa qədəm qoymuş qız, məktəbi bitirdikdən sonra kollecə daxil olub.

Aprelin 2-də pnevmoniyadan vəfat edən yeniyetmənin anası deyib: "Heyli 1997-ci ildə dünyaya gəlib. Onun sarı saçları, mavi gözləri vardı. 10 aylığında yeriməyə başlayanda hamı onunla fəxr edirdi. Problem onda idi ki, Heylinin boyu qısaydı və inkişaf etmirdi". Heyli 13 aylıq olarkən, hələ də, 3 aylıq uşaq geyimlərindən istifadə edirdi. Ona görə də, qızın anası Kerri onu həkim yanına aparmalı oldu.

Qızın üzərində 6 ay müddətində test aparıldı, lakin onun inkişafdan qalma səbəbləri tapılmırdı. Müayinələr zamanı Heylinin dərisinin elastiklyini itirməsi də gözdən qaçmayıb.

Kerri deyib: "Həkimlər qızın Getçinson-Gilford sindromu olan nadir xəstəlik progeriyadan şübhələnməyə başladı. Bu xəstəlik haqda məlumat əldə etmək üçün internetdə axtarış apardıq. Qoca insanlara bənzər uşaqların şəkillərini gördükdə isə şoka düşdüm. Onlar başı keçəl, dəriləri isə yaşlı insanda olduğu kimi idi. Uşaqlardan biri isə başına parik qoymuşdu. Bu görüntülər bizim hamımızı qorxuya saldı. Bu azmış kimi, xəstəliyə tutulan uşaqlar yetkinlik yaşına çata bilmir və erkən ölür".

Heylinin 2 yaşı olarkən həkim onun progeriya xəstəsi olduğunu təsdiq etdi...

Kerri deyib: "Bu xəbəri eşitdikdə uşağın 13 yaşa kimi yaşayacağına görə məyus oldum. Belə gözəl qızın tezliklə öləcəyinə görə ağır depressiyaya düşdüm". Yerli sakinlər də, Heylinin tarixçəsini eşitdikdən sonra pul yığaraq onu Kaliforniyada yerləşən "Disneyland"-ə göndərib.

Valideynləri Heylinin dünyadan xoşbəxt getməsi üçün əlindən gələni edib.

Kerri deyib: "Onun çox yaşamayacağını nəzərə aldıqda, onunla xoş xatirələr keçirmək üçün əlimizdən gələni etdik. Heyli delfinlərlə üzdü, dünya səyahətinə çıxdı, şahzadə Çarlz, Kayli Minoq və Castin Biber kimi məşhurlarla görüşdü və bir sıra televiziya sənədli proqramlarında çıxış etdi".

2007-ci ildə ailə qızcığazın sağalması ümidi yarandı.

Kerri deyib: "Biz ABŞ-dakı həkimlərdən məktub aldıq. Onların sözlərinə görə, yeni icad olunmuş dərman Heylinin sürətlə qocalmasını dayandıra biləcəkdir. Dərman həmçinin insan kütləsi üçün nəzərdə tutulmuş yaşlanma əleyhinə həb idi. Lakin bu həblər heç zaman uşaqlar üzərində sınaqdan keçirilməyib. Həblər siçanlar üzərində aparılıb və onun nə kimi əks effekt verəcəyinə zəmanət verə bilmirdilər. Biz dərmanı ona tətbiq etməyə ürək etmirdik, lakin Heyli bir az çox yaşamaq üçün həbləri qəbul etməyə hazır idi. Dərman qəbulunun 16-cı həftəsində Heyli çox zəif idi və başını yastıqdan belə qaldıra bilmirdi. Lakin onun bədəni yaxşı adaptasiya etdiyi üçün gündən-günə yaxşılaşmağa doğru gedirdi.

Əslində, 17 yaşlı Heyli yaşlı insan bədənində gizlənən uşaq idi. O, 5 yaşlı uşaq geyimlərindən istifadə edirdi".

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR