Tarixin axarını dəyişən qətllər və silahlar - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Tarixin axarını dəyişən qətllər və silahlar - FOTOLAR

Dünyada tarixin gedişatını dəyişdirən bir çox qətl hadisələri baş verib. Amma bəzən sözügedən qətllərlə yanaşı, bu zaman istifadə olunan silahlar ön plana çıxır.

Publika.az tarixdə səs salan qətllərdə istifadə olunan silahlardan bir neçəsini təqdim edir.

14 aprel 1865-cı il. ABŞ-da vətəndaş müharibəsindən sonrakı dövrə istiqamət verən 11 millimetr kalibrli "Derringer" tapançası.

ABŞ vətəndaş müharibəsinin qəhrəmanı olan Abraham Linkolni öldürən silah Konfederasiya güclərinə simpatiya göstərən Con Vilkes Boot tərəfindən istifadə edilib. O, prezidentin axşam Ford teatrına gələcəyini səhər saatlarında teatra bir məktubu almaq üçün gələrkən öyrənib. Boot axşam teatra gələn Linkolni başından vuraraq öldürüb və cənuba qaçıb. Qatil sui-qəsddən sonra cənubda yenidən qiyamın başlayacağını düşünsə də müharibədən yorulan cənublular qətlə reaksiya verməmişdilər. Tarixçilərə görə Linkoln yaşasaydı, vətəndaş müharibəsindən sonra Amerikanın tarixi daha fərqli ola bilərdi.

28 iyun 1914-cü il. Birinci Dünya Müharibəsini başladan 9 millimetrlik "Browning" tapançası.

Avstriya-Macarıstan taxt- tacının vəliəhdi hersoq 19 yaşlı Frans Ferdianandın 1914-cü ildə serb Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi dünya müharibəsinə çevrilən muharibənin başlanması üçün bəhanə oldu. Prinsip qətldə 1910-cu il istehsalı olan "Browning" markalı tapançadan istifadə etdi. 35 milyon insanın ölümü ilə nəticələnən müharibə alman və yapon milliyyətçiliyinin yüksəlişi, Sovet Rusiyasının yaranması, Osmanlı imperiyasının dağılması kimi hadisələrlə nəticələndi. Prinsip tutulduqdan sonra tapança və Ferdinandın qanlı köynəyi vəliəhdın yaxın dostu Anton Puntiqama verildi. Silahı Puntiqamın 1926-cı ildə ölümündən sonra ailəsinə vermək istəsələr də, ailəsi silahı rədd edib. Silah 2004-cü ilə qədər Jezuit Mədəniyyət Mərkəzində nümayiş olunub və 2006-cı ildə Avstriya Hərbi Muzeyinə bağışlanıb.

30 aprel 1945-ci il. Bir diktatorun intiharına şahidlik edən 7,65 millimetrlik "Walther PPK" tapançası.

SSRİ-nin ordusu Berlin küçələrində irəliləməyə başlayanda məğlubiyyəti qəbul edən Adolf Hitlerin intihar etmək üçün istifadə etdiyi və bununla da tarixin axarını dəyişdirdiyi bir başqa silah. Son ana qədər məğlubiyyəti yaxına buraxmaq istəməyən Hitler yeraltı sığınacağında sevgilisi Eva Braunu zəhərlədikdən sonra həmin tapança ilə intihar edib. Hitler intihar etməyib sağ ələ keçirilsəydi, böyük ehtimalla Nürnberq məhkəməsində mühakimə olunacaq və cəzası edam olacaqdı. Bu isə alman xalqında ona qarşı simpatiya yarada və müharibədən sonra nasistlər yenidən güclənə bilərdi.

Silahın aqibəti bəlli deyil. Araşdırmaçılar hesab edir ki, sovet əsgərləri tərəfindən götürülən silahın izi itirilib.

22 noyabr 1963-cü il. 1960-cı illərə damğasını vuran 6,5 millimetr kalibrli "Carano Model 91/38 Carabine" tüfəngi.

Sirrini hələ də qoruyub saxlayan Kennedinin sui-qəsdində baş rol oynayan piyada tüfəngi sui-qəsdi həyata keçirən Li Harvi Osvald tərəfindən məktubla sifariş edilib. Osvald bir neçə ay sonra Texasdakı anbarlardan birinin 6-cı mərtəbəsində mövqe tutaraq ABŞ prezidenti Con Kennedini öldürmüş, Texas qubernatorunu yaralamışdı. Osvaldın ailəsinə verilməsi lazım olan cinayət silahının mülkiyyət haqları iki kolleksiyaçı Denver Oilman və Con Kinq tərəfindən Osvaldın dul arvadından alınsa da, kolleksiyaçılar tüfəngə sahib ola bilməyiblər. Hakimiyyət Osvaldın silahı hadisə yerində qoyub qaçdığını irəli sürərək silahın mülkiyyət haqlarına sahib çıxıb. Tüfəng hazırda ABŞ-ın Milli Arxivində nümayiş olunur. Bir çox tarixçiyə görə Kennedinin ölümü Amerika mədəniyyətinin 1960-cı illərdə yaşadığı böyük dəyişikliyi simvollaşdırır.

1947-ci il. Dünyanın ən çox istehsal olunan 7,62 millimetrlik "AK-47" ("Kalaşnikov") avtomat silahı.

Dünya tarixini dəyişdirən silahın ixtiraçısı olan Mixail Kalaşnikov əsərinin bu qədər məşhur olacağını hər halda ağlına belə gətirməmişdi. İkinci Dünya Müharibəsində yaralanan tank sürücüsü Kalaşnikov xəstəxanada yaratdığı dizaynla dünyanın tarixini dəyişdirmiş, beləliklə "AK-47" "soyuq müharibə" illərində SSRİ-nin ən böyük kozırlarından biri olmuşdu. İstehsal lisenziyası dünyanın bir sıra ölkəsinə satılan silah istehsalın sadəliyi və xərcinin az olması ilə seçilir. Təxmini məlumatlara görə, dünyada 100 milyondan çox "AK-47" avtomat silahı var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm