• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Saray, həbsxana, muzey: əsrlərin şahidi olan məkanlar - FOTOLAR

  • Maraqlı
  • 4 Aprel 2015 17:23
  • 1 487 Baxış
Saray, həbsxana, muzey: əsrlərin şahidi olan məkanlar - FOTOLAR

"Travel+Leisure" səyahət jurnalı dünyanın ən çox ziyarət edilən saray və qalalarının adlarını açıqlayıb.

Publika.az xarici mətbuata istinadən həmin məkanların adlarını təqdim edir. Qeyd edək ki, bu qala və sarayların hər biri "ölməzdən əvvəl görülməli olan" yerlər siyahısına daxil edilə bilər.

Siyahıda ilk yeri Çində yerləşən "qadağan olunmuş şəhər" tutur. Bura il ərzində gələnlərin sayı təxminən 15 milyon 300 min nəfərdir.

Qadağan olunmuş şəhər deyəndə ilk ağla gələn parlaq qırmızı binalar, qızıl rəngi məbədlər, sonu bitməyən nərdivanlardır. Pekində yerləşən əfsanəvi şəhər bir zamanlar imperatorların və onların nəslinin yuvası olub. İndi hər gün minlərlə turistin yorğunluqdan bellərini tuta-tuta gəzdiyi və Çin sənətiylə arxitekturasına heyran olduqları gəzinti sahəsidir.

İkinci yerdə Fransanın məşhur Luvr muzeyi gəlir. Bu muzey vaxtilə kral sarayı olaraq istifadə edilib. 12-ci əsrdə əvvəl qala olaraq hazırlanan bina yüz illərlə kralların məkanına çevrilib. İndi isə dünyanın ən məşhur muzeyi və Mona Lizanın evi kimi tanınır. İl ərzində muzeyi 9 milyon 300 min nəfər ziyarət edir. Muzeyin ancaq qalereyalar olan hissəsini gəzmək üçün bir gün lazımdır.

İldə 8 milyon adam Tailandın Böyük sarayını ziyarət edir. Saray kompleksində göz qamaşdıran yüzlərlə tikilinin bir qismi hələ də kral ofisi olaraq istifadə edilir. Tailand krallarının tacqoyma mərasimi də burada keçirilir. Bu saraya gedərkən içəridəki Zümrüd Buda məbədinə xüsusi diqqət etməlisiniz.

Dünyanın ən çox ziyarət edilən yerlərinin siyahısında növbəti yeri Fransadakı Versal sarayı tutur. İldə 7.5 milyon insanın ziyarət etdiyi saray 70 illik hökmranlıq edən 14-cü Luis tərəfindən salınıb. Bu sarayın tikintisinin onun hökmranlığı dövründə özünə tapdığı ən yaxşı məşğuliyyət hesab edilir. "Günəş" kralın 1600-cü illərin sonlarında inşa etdirdiyi dəbdəbəli saray, "krallara layiq" sözünə tam uyğun gəlir. Ziyarətçilərin ən sevdiyi məkanlar "Aynalı Salon" və Marie Antuanettanın otağıdır.

Siyahıda növbəti yeri ildə 3 milyon 350 min nəfərin ziyarət etdiyi İstanbulda yerləşən Topqapı Sarayı tutur. Respublika tarixinin ilk muzeyi olan Topqapı Sarayı xarici turistlərin ən çox ziyarət etdiyi məkanlardandır. Bu sarayın hər bir həyətində fərqli bir sirr, hər otağında başqa bir tarix var. Bütün saray ərazini gəzmək üçün saatlar yox, günlər lazımdır.

Turistlərin ən çox ziyarət etdiyi məkanlar sırasında Rusiyanın Qış sarayı da var. İldə 3 milyon 100 min nəfərin ziyarət etdiyi bu saray Sankt- Peterburqda Neva çayının kənarındakı bənzərsiz tikili arxitekturanın bənzərsiz nümunəsidir. Sarayın 1057 otağı, 1786 qapı, 1945 pəncərəsi var. Çariça Katerina burada yaşayıb. 1917-ci ildə bolşevik inqilabına qədər çarların sarayı olaraq istifadə edilən tikili bu gün dünyanın ən zəngin kolleksiyalar birinə sahib muzeydir.

İl ərzində 2 milyon 900 min turistin seçdiyi məkan isə İngiltərədə London qalasıdır. Qala niyyəti ilə inşa edilən bu tikili tarix boyunca saray və həbsxana olaraq da istifadə edilib. Qalanın otaqları İngiltərə tarixinin ən qanlı sirləri şahidlik edib. 12-ci əsrdən etibarən oraya girən (və bir daha da çıxa bilməyən) qonaqların arasında Anne Boleyn və Lady Jane Grey də var.

Ən çox ziyarətçi qəbul edən saraylar arasında növbəti yerdə Avstriyanın Schönbrunn sarayı gəlir. Il ərzində sarayı 2 milyon 800 min nəfər ziyarət edir. 1441 otaqlı, Rokoko üslubundakı bu zərif bina təxminən 300 il boyunca imperatorlara yay sarayı olaraq xidmət edib. Motsartın hələ altı yaşındaykən burada bir konsert verdiyini də deyirlər. 40 otağı ziyarətə açıq olsa da, apreldən etibarən çiçəklərlə bəzənən həyəti daha çox diqqət çəkir.

İspaniyanın Elhamra sarayını il ərzində ziyarət edənlərin sayı 2 milyon 300 min nəfərdir. Bu saray Əndəlüs Əməvilərinin İspaniyaya qoyduqları tarixi-mədəni irsin ən əhəmiyyətli parçasıdır. Bir təpədə inşa edilən saray bağçaları və həyətlər, günəş batarkən qırmızıya çevrilən divarları ilə çox əsrarəngiz görüntüyə sahibdir. Bu mənzərəni görmək üçün ən ideal fəsil yazdır.

Yaponiyanın Şur qalasını ziyarət edənlərin sayı ildə 1 milyon 750 mindir. Çin üslubundakı səkkiz qapısının hər hansı birindən girər girməz özünüzü bir Şərq nağılının içində tapacaqsınız. Yapon orta əsrlərinin ən əhəmiyyətli mərkəzlərindən biri olan bu qala 400 il boyunca Ryukyu padşahlarının evi idi. İkinci Dünya müharibəsində yerlə bir edilən qala-sarayın bərpası ancaq 1990-cı illərdə tamamlanıb.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR