• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Fransada qəribə qadağa: onlara iş verənlər həbs ediləcəklər

  • Maraqlı
  • 4 Aprel 2015 18:25
  • 1 086 Baxış
Fransada qəribə qadağa: onlara iş verənlər həbs ediləcəklər

Fransa Milli Məclisi çox arıq manikenlərin işləməsini qadağan edən qanun layihəsini qəbul edib.

Publika.az-ın məlumatına görə, iqtidardakı Sosialist Partiyasından olan millər vəkili Oliver Veranın hazırladığı qanun layihəsinin məqsədi yemək probleminin qarşısını almaqdır.

Millət vəkili bildirib ki, bundan sonra bədən çəkisi indeks normasından az olan insanların maniken işləməsinə icazə verilməyəcək. Ölkənin səhiyyə naziri Marisol Toyuraine də qanun layihəsinə dəstək verib. O, həddən artıq arıq manikenlərin cəmiyyətdə təbliğ edilməsinin narahatlıq yaratdığını bildirib.

Qanun layihəsinə bəzi müxalifət partiyaların nümayəndələri qarşı çıxıb. Oliver Veran isə manikenlərin işlədiyi şirkətlərin hər bir manikenin bədən kütləsinin indeksi barədə məlumatları hazırlamağı qanun layihəsində məcburi maddə kimi əlavə edib. Bu təklifə əsasən, qanuna əməl etməyənləri 6 ay həbs və 75 min avro cəza gözləyir.

Bundan əlavə, anoreksiyaya maraq yaradan saytlara da 10 min avro cəza verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda Fransada 40 minə yaxın insan yemək yeməmək xəstəliyi - anoreksiya sindromuna tutulub. Xəstəliyə tutulanların 90%-dən çoxu yeniyetmələrdir.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR