Bilgi.az
5 il divar arxasında qaldıqdan sonra xilas edildi – FOTOLAR/VİDEO
Misirin paytaxtı Qahirə şəhərində yerləşən metrostansiyanın divarında pişik düz 5 il yaşayıb. Divar arxasında ilişib qalan pişiyi isə bu müddət ərzində yaxınlıqdakı mağazada işləyən Abdo adlı şəxs yedizdirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kişinin Biso adlandırdığı pişik divar arxasında qalarkən hələ kiçik olub. 2010-cu ildə ona böyük pişiklər hücum etdiyi üçün Biso gizlənmək üçün tikilməkdə olan metro divarının arasındakı dəlikdə gizlənib.
Abdo dayı hətta 2011-ci ildə Misir inqilabı baş verən vaxtlarda da Biso üçün yemək və içmək gətirib. İnqilab vaxtı onun mağazası bağlansa da, pişiyi unutmayıb. Abdo deyib: "Mən bunu Allah naminə edirdim. Allah heç zaman bizləri tərk etmir".
Bisonun xilas edilməsi üçün metro stansiyasının divarı sökülməli idi. Yerli hökumət ictimai binaya ziyan yetirməmək üçün Bisnonun xilası üçün heç nə etmirdi. Lakin divarın arasından Bisonun yeməyi götürməsini əks etdirən fotolar "Facebook" sosial şəbəkəsində yayımlandıqdan sonra heyvan hüquq müdafiəçiləri onun xilası üçün toplaşıb.
Beləcə, xilasedicilər 5 saat ərzində divarı deməklə pişiyi xilas edib. Təəssüf ki, xilas edilən pişik dərhal qaçıb və heç kim onu tuta bilməyib. Abdo pişiyi özünə götürmək üçün metro stansiyasının içərisində onun axtarışına çıxıb.
Nura
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib