Məşhur musiqiçi yol qəzasında həlak oldu
Bizi izləyin

Bilgi.az

Məşhur musiqiçi yol qəzasında həlak oldu

Amerika rok qrupu "Lynyrd Skynyrd"in keçmiş üzvü Corciya ştatında avtomobil qəzasında həlak olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur musiqiçi və qrupun barabançısı 64 yaşlı Bob Berns idarəetməni itirərək ağaca çırpılıb. Berns qəza baş verən anda təhlükəsizlik kəmərindən istifadə etməyib.

Berns 1966-cı ildə Ceksonvill şəhərində əsası qoyulan "Lynyrd Skynyrd" qrupunun əsasını qoyan 5 nəfərdən biri olub. O, qrupu 1974-cü ildə tərk edib.

Qrupun digər 3 üzvü isə 1977-ci ildə təyyarə qəzasında həlak olub. Hazırda isə qrupun ilkin kollektivindən gitaraçı Heri Rossinqton sağdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm