Polis tərbiyəsiz reklama görə üzr istədi - FOTO
Bizi izləyin

Bilgi.az

Polis tərbiyəsiz reklama görə üzr istədi - FOTO

İspaniyada ilk və təxirəsalınmaz yardımın belə reklamı hələ olmamışdı. Daxili İşlər Nazirliyi reklama görə vətəndaşlardan və kütləvi informasiya vasitələrindən üzr istəyib.


Milli.Az El Heraldo-ya istinadən bildirir ki, ilkin təcili yardımın sosial reklamına "Fortnight Lingerie" qadın alt paltarları istehsalçısının modelləri çəkilmişdilər.


Saraqosa vilayətinin Haka şəhərində keçirilən polis seminarında nümayiş edilmiş videoklip böyük qalmaqala səbəb olub.

Videoklipdə yalnız alt paltarlarında olan iki qadın və bir kişi "fövqəladə hallarda ilk tibbi yardım təmrin"lərini nümayiş etdirirlər.


Hakadakı seminara toplaşanlar ekranda bir modelin qucağında oturmuş başqa modelin hərəkətlərini görəndə gülüşüblər.


Reklam sosial şəbəkələrdə yayılanda isə ispanlar polisin təşəbbüsünü "biabırçı və tərbiyəsiz" adlandırıblar.


"Bu reklama görə təəssüf hiss keçirir, üzr istəyirik. Reklam heç bir yerdə nümayiş olunmayacaq", - Haka şəhər polisi və bələdiyyəsi bəyan ediblər.

Amma qalmaqal böyüdüyündən sonradan İspaniyanın DİN ictimaiyyətdən üzr istəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm