Rənglərin uşaqların inkişafındakı rolu nədir?
Bizi izləyin

Maraq dünyası

Rənglərin uşaqların inkişafındakı rolu nədir?

Rənglər hər birimizin həyatında müxtəlif məna kəsb edir.

Rənglər hər birimizin həyatında müxtəlif məna kəsb edir. Kimə görə qırmızı ehtiras və eşqin rəngi, kimə görə də qırmızı aqressiyanın, hücumun rəngidir.

Bəzi insanlar yaşıl rəngdə sakitlik tapsa da, bəziləri üçün də ağ sakitliyin vazkeçilməz rəngidir. Hətta rənglər övladımızın cinsiyyətinə görə nə geyinəcəyini də müəyyənləşdirir.

Niyə qızlar çəhrayı, oğlanlar mavi?

Rənglərin uşaqların cinsiyyətinə görə seçilməsi çox qədim zamana dayanır. Hələ ta qədimdən qızların çəhrayı, bənövşəyi rəngləri, oğlanların isə daha tünd rənglərin seçdiyi məlum olub. Bu cür formalaşmış seçimin uşaqlıqdan valideynlərinin övladlarına seçdiyi rəngin təsiri ilə üzə çıxması mübahisə olunan mövzudur. Aparılan araşdırmalar rənglərin uşaqların anadangəlmə meyilliyinə əsasən də seçildiyini ortaya çıxarmışdı.

Ancaq buna baxmayaraq, son illər sarı və yaşıl rənglərin cinsiyyət fərqinə baxmadan geyim və dekorasiyada istifadə olduğu açıq şəkildə müşahidə olunur. Uşaqların geyimində və ya əşyalarında fərqli rənglərdən istifadə etməyin bir çox üstünlükləri var.

Belə ki, uşaqlar erkən yaşdan etibarən bir çox yeni əşya və hadisələrdən xəbərdar olar. Hər yeri çəhrayı və ya mavi olan otaqdansa, müxtəlif rənglərin ahəngi ilə bəzədilmiş otaq uşaqların gələcəkdə rəng seçiminin müxtəlif olmasına imkan verəcək.

Çəhrayının qızlar üçün, mavinin oğlanlar üçün istifadəsi uşaqların cinsi kimliyini və rollarını doğuşdan etibarən vurğulanmasına səbəb olur. Əgər uşaq oğlandırsa ona bənövşəyi, qırmızı və ya çəhrayı bir hədiyyə gəldiyində ya da bu rənglərdə bir oyuncaq bəyənsə bunun ifadəsi çox çətinləşəcək.

Cinsi kimliyin və rolların müəyyən rənglərlə ayrılması bütün dünyada var. Ancaq övladınızın cinsi kimliyini müəyyənləşdirən yalnız onun otağının və paltarının rəngi deyil. Ata və ana kimi bir həmcins rol model olması, müəyyən yaşlarda cinsi inkişafla bağlı uyğun açıqlamalar uşağa rənglərdən daha güclü və sağlam mesaj verəcək.

Uşaqlar və rənglərlə bağlı bəzi bilgilər...

Uşaqlar rənglərin həyatlarının hər sahəsində görməkdən zövq alırlar. Ona görə də geyim və oyuncaq seçimində övladınızla birlikdə razılığa gəlmək vacibdir.

Otaq rənglərini körpə dünyaya gəldikdə hüzur, sakitlik verəcək tonda seçilməsi lazımdır. Körpənın əsasən yuxuda və anasının qucağında vaxt keçirdiyinə görə seçilən rənglər həm anaya, həm də uşağa rahatlıq verməlidir.

Körpələr yeni doğulduğu zaman parlaq rəngləri görə bilir. Qırmızı rəng onların ən çox seçdikləri rəngdir. Çünki bu rəng ən tez və rahat qavranılan rəngdir. Otağın dekorasiyasında olmasa da, körpənin oyuncaqlarında bu rəngə üstünlük verə bilərsiniz.

Övladınız böyüdükcə rəng seçimi daha çox özünü büruzə verəcək. Uşağınıza uyğun gördüyünüz rəngləri özü seçməsinə icazə verin. Bu onun özünü ifadə etməsini asanlaşdıracaq. Bundan savayı, uşağınız geyimdə seçdiyiniz rəngləri həyat yoldaşınızla məsləhətləşin. Bu kiçik bir detal kimi görünsə də övladınızın sağlam psixoloji mühitdə böyüməsi üçün vacibdir. Ataların oğlanlarının sarı rəngdə bir köynək və ya qırmızı rəngdə bir şalvar geyiminə verəcəyi şərh onun cinsi kimlik və rolunun formalaşmasına təsir göstərəcək.

Aysu Ağayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm