Bilgi.az
İnsanın Marsa yiyələnəcəyi müddətlər bəyan edildi
Planetar cəmiyyətin ekspertləri insanın Marsa yiyələnəcəyi müddətləri bəyan ediblər. İclasın təşkilatçıları onun materiallarının bir qədər sonra dərc olunacağını vəd ediblər, lakin "NY City Times" nəşri bu barədə aşağıdakıları bildirir.
Ekspertlərin fikrincə, astronavtlar 2033-cü ildə Marsın orbitinə
çıxa biləcəklər, 2039-cu ildə isə onlar ilk dəfə Qırmızı planetin
səthinə enəcəklər. Mütəxəssislərin qeyd etdikləri kimi, 2015-ci
ildən 2033-cü ilədək 18 il ərzində ABŞ-da ən azı üç prezident
administrasiyası dəyişə bilər və ekspertlər istəməzlər ki, bu,
ABŞ-ın kosmos siyasətində dəyişikliklərə gətirib çıxarsın.
Bundan başqa, alimlər Marsda orbital missiyanın məqsədəuyğun
olub-olmamasından narahatdırlar. Onların fikrincə, astronavtların
planetə uzunmüddətli uçuşuna və güclü radiasiyaya görə onların
orbitdə olması müddətini uzatmağın mənası yoxdur, Marsın səthinə
enməyə başlamaq daha ağlabatandır, orada insanlar, yəqin ki,
aylarla qala biləcəklər.
Alimlər Çinin kosmosa yiyələnməsində irəliləyiş olduğunu ayrıca
vurğulayıblar. 1990-cı illərin birinci yarısında sənaye casusluğu
ucbatından NASA Beynəlxalq Kosmik Stansiya (BKS) layihəsində bu
ölkənin iştirakına imkan verməsə də o, 2022-ci ilədək milli orbital
stansiyanın genişləndirilməsini başa çatdırmağı planlaşdırır.
Ekspertlər 2024-cü ildən sonra Rusiyanın BKS layihəsindən çıxmaq
planlarından təəssüfləndiklərini bildirir, lakin qeyd edirlər ki,
stansiyanın Amerika seqmentinin istismarı üçün ABŞ-ın NASA-ya
ayırdığı vəsait onun Rusiyadan asılı olmadan fəaliyyət göstərməsi
üçün kifayət edəcəkdir.
Alimlər kosmosun mənimsənilməsində biznesin iştirakına böyük
ümidlər bəsləyirlər. Belə ki, 2014-cü ilin sentyabrında NASA rəsmən
elan edib ki, dəfələrlə istifadə oluna bilən pilotlu kosmik
gəmilərin və onları orbitə çıxaran vasitələrin inşası barədə
çoxmilyardlıq kontrakt bağlamaq üçün "Boeing" və "SpaceX"
şirkətlərini seçib. Müqaviləyə görə, agentlik "CST-100" gəmilərinin
hazırlanması üçün "Boeing" şirkətinə 4,2 milyard dollar ayıracaq,
"SpaceX" özəl şirkətinin "Dragon" seriyasından olan gəmilər isə
artıq BKS-ə uçur.
Qeyd edək ki, Qeyri-hökumət Planetar Cəmiyyətin əsası 1980-ci
ildə Karl Saqan, Luis Fridman və Brüs Mürrey tərəfindən qoyulub. O,
kosmosa, nəqliyyat vasitələrinin yaradılmasına dair tədqiqatların
dəstəklənməsi və populyarlaşdırılması ilə, kosmos siyasəti ilə
məşğuldur. Hazırda cəmiyyətin təqribən 40 min üzvü var.
-
Nida Xəbər 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO