Uşaq bədənində 19 yaşlı qız - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Uşaq bədənində 19 yaşlı qız - FOTOLAR

Hindistanda yaşayan Girlica Şrinivas ilk baxışdan balaca uşağı xatırladır. Əslində isə onun 19 yaşı var.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, qız sümük qüsuru ilə dünyaya gəlib. Nəticədə, onun sümükləri normal inkişaf edə bilmədiyi üçün böyümür. Xəstəlik ucbatından Girlicanın boyu 76 santimetr, çəkisi isə 12 kiloqramdır. Bu göstəricilər isə 2 yaşlı uşağa aiddir.

Girlica hətta, sərbəst şəkildə otura da bilmir. Çünki onun başı digər bədən üzvləri ilə müqayisədə daha ağırdır. Bundan əlavə, 19 yaşlı gənc stəkandan başqa heç nə qaldıra bilmir. Həkimlərin sözlərinə görə, qız başını tez tərpədərsə onun boynu sına bilər. Hələ bu azmış kimi qızın nəfəs problemləri də vardır. Xəstəlik səbəbindən öz-özünün qeydinə qala bilmədiyi üçün anası 24 saat onun qulluğunda durmalı olur.

Bütün bunlara baxmayaraq, qız təslim olmur: o, valideynlərinə maliyyə yardımı göstərmək üçün rəssamlıq karyerasını inkişaf etdirmək istəyir. Girlica məktəbə getmir və onun yoldaşları da yoxdur.

O deyib: "İnsanların mənə yazığı gəlməsini istəmirəm. bacarıqlarımı hamıya göstərməyə hazıram. Düzdür, anam mənə yeməkdə və digər işlərdə yardım edir. Lakin mən şəkil çəkərkən heç kimə ehtiyac duymuram. Bütün bunları özüm edirəm. Bir ay ərzində mən 6 şəkil satıram. Şəkillərdən isə 8000-10000 rupi (150 dollar) qazanıram. Bu, bizim ailənin büdcəsinə yardım edir".

Girlica ailəsi ilə birgə Banqalore şəhərində yaşayır. Onun atası dərzi işləyir, anası isə bütün günü qızına xidmət edir. Anası qızının xəstəliyi ilə barışmasa da, tibb Girlicanı sağaltmaq səviyyəsində deyil. Ona görə də, 19 yaşlı qız bütün ömür boyu belə qalacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm