• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

60 ildir insan ayağı dəyməyən kimsəsiz ada - FOTOLAR

  • Maraqlı
  • 8 Aprel 2015 23:45
  • 1 815 Baxış
60 ildir insan ayağı dəyməyən kimsəsiz ada - FOTOLAR

Dünyada insan ayağı dəyməyən yer çətin tapılar. Bəşər övladının intellekti indi elə bir səviyyədədir ki, Yer üzünün düşüncəli sakinləri hətta kosmosda belə, insan ayağı dəyməyən yerləri axtarır, tədqiq edirlər. Lakin bizim öz dünyamızda da elə yerlər var ki, əvvəllər oralardan müxtəlif məqsədlər üçün istifadə olunsa da, onilliklərdir həmin ərazilərə insan ayağı dəymir.

Publika.az-ın araşdırmasına görə, belə yerlərdən biri də Tyuters adalarıdır. Həmin ərazi əvvəllər vikinqlərin məskəni olsa da, burada sonralar qaçaqmalçılar yerləşiblər. Tarixdən bildiyimiz kimi çar Nikolaydan sonra Rusiyanın bütün çarları öz ölkələrinin dənizdən mühafizəsinə xüsusi önəm veriblər. Bu səbəbdən də ayrı-ayrı adaları ələ keçirərək, həmin ərazilərdən Vətənin müdafiəsi üçün istifadə ediblər. Tyuters adalarının yerləşdiyi Fin körfəzi də rusların əsas diqqət mərkəzində olan ərazilərdən imiş. Ruslar bu ərazilərə də göz dikiblər. Həmin səbəbdən də son üç əsrdə İsveç, rus, finlərin əlinə keçən ada Böyük Vətən Müharibəsi illərində almanlar tərəfindən işğal olunub. On səkkizinci əsrdən 1940-cı ilə qədər fin balıqçılarının daimi məskəni olmuş bu kiçik torpaq sonda yenidən ruslar tərəfindən qəsb edilib. Əvvəllər Tyuter adasına hər il xeyli sayda gəmi yaxınlaşıb. Lakin artıq 60 ildir burada insan yaşamır.

Tyuter adası məftunedici gözəlliyə malikdir. Təmiz suyu, balıqları ilə zəngin olan, göbələyi, çiyələyi, qayaları, meşəsi ilə göz qamaşdıran adaya 1939-cu ilin oktyabr-noyabr aylarında 2000 aviabomba atılıb. Böyük Vətən Müharibəsi illərində almanların əlinə keçən ada 1944-cü ildə faşistlərdən xilas olunub. Müharibənin başa çatdığını anlayan hitlerçilər Tyuterin onlar üçün heç bir strateji əhəmiyyətinin olmadığını anlayıblar.

Bu gün Tyuter adası Rusiyanın ərazisinə aiddir. Ərazisinə görə dünyanın ən böyük ölkəsinin şimal-qərb hissəsi məhz Tyutersdir. Onun şimal sərhədi Finlandiya, cənub sərhədi isə Estoniya torpağı ilə yekunlaşır. Oniliklərdir insansız qalmış adada sonuncu dəfə hərbçilər sakin olublar. Kiçik torpaqdakı paslanmış mərmi, silah-sursat onun son sakinlərindən yadigarlarıdır. Maraqlıdır ki, bu cür peyzajı, bitki sərvəti olan ada ilə dünyanın təbii gözəlliklərini, səyahəti çox sevən milyarderləri də maraqlanmayıb.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR