Bilgi.az
“Sümüklər üçün nadir sement” yaradılıb
Seversk Texnologiya İnstitutunun mütəxəssisləri ən qısa müddətdə insanın sümük toxumasını bərpa etməyə imkan verən nadir maddə işləyib hazırlayıblar.
Alimlərin fikrincə, aparılmış eksperimentlər zamanı yeni
materialın nadir xassələrə malik olduğu sübuta yetirilib. Maddənin
unikallığı bundan ibarətdir ki, o, sümükdə çatlağa və ya sınığa
düşdükdə tez bir zamanda tam sümük toxumasına çevrilir. Özü də
insan orqanizmi materialı yad cisim kimi qəbul edib ayırmır.
Yeni materialın xassələri təbabətdə, stomatologiyada və
kosmetologiyada ondan uğurla istifadə etməyə imkan verir. Sibir
mütəxəssisləri belə hesab edirlər ki, yeni maddəni tam əsasla
"sümüklər üçün sement" adlandırmaq olar. Qeyd etmək lazımdır ki,
yeni material təsadüfən kəşf edilib. İnstitutun mütəxəssisləri
titan protezlərin yaratdığı yaraların sağalmasını sürətləndirən
maddə üzərində işləyirlərmiş. Bu məsələnin həlli üçün möhkəmliyinə
görə titanla müqayisəyə gələn, lakin tərkibində metal qarışıqlar
olmayan material işlənib hazırlanıb. Nadir üzvi məhsulun ən dəyərli
xassəsi budur ki, yaralar və zədələr sağaldıqdan sonra da onu insan
orqanizmində saxlamaq olar.
Heyvanlar üzərində aparılmış eksperimentlər Rusiya mütəxəssisləri
tərəfindən hazırlanmış "sümüklər üçün sement"in çox səmərəli
olduğunu sübut edib. Hazırda klinik sınaqlar aparılması üçün lazımi
sənədlər rəsmiləşdirilir.
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı