Qısqanc qadının ağlagəlməz intiqamı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qısqanc qadının ağlagəlməz intiqamı - FOTOLAR

Yenil il ziyafətində iştirak edən Dana adlı qadının bu gecədən sonra həyatı alt-üst olub.

Olduqca gözəl bədən quruluşuna sahib olan Dana Yeni il gecəsində bir kişi ilə söhbət edib. Lakin bu kişi qadının həyatının alt-üst olmasına səbəb olub. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kişinin qısqanc həyat yoldaşı Natali Dimitrovska Dananı tanınmaz hala salaraq tamamilə başqa bir adama çevirib.

Belə ki, Natali telefonla onu təhdid etməyə başlayıb. Təhdid edərkən ən çox "Sənin kiçik şirin sifətini məhv edəcəyəm" ifadələrindən istifadə edib.

Natali Dimitrovska bir gün narkotik maddənin təsiri altında Dananın qapısına gəlir və gözəl qadının üzərinə spirt töküb yandırıb. Dana müsahibələrində Natalinin bu hadisəni gülərək etdiyini və hərəkətindən böyük zövq aldığını söyləyib. Bədəninin 64 faizi yanan Dana üçüncü dərəcəli yanıqla xəstəxanaya aparılıb.

Saysız-hesabsız estetik əməliyyatı keçirən Dana 2 ildən artıqdır ki, üzündə maskayla yaşamaq məcburiyyətində qalır.

Maskayla keçən illəri üçün Dana "Üzümdəki maska mənə heç kim olduğumu, özümü lazımsız varlıq kimi hiss etdirirdi. Üzsüz insan necə olar bilər?" - deyib.

Dana baş verənləri məhkəmədə danışarkən maskayla iştirak etmək məcburiyyətində qalıb. Uğursuzluqların yaxasını buraxmadığı Dana üstəlik həkimdən daha başqa bəd xəbər alır. Dana uşaqlıq xərçəngi olur. Lakin bu ağır xəstəlik də Dananı ruhdan salmır. Dərhal əməliyyat masasına uzanan Dana xərçəng hüceyrələrdən xilas olur və həyata davam edir. Sağalma davam etdiyi zaman bir verilişdən Danaya inanılmaz təklif gəlir.

Proqramın prodüserləri Danaya onun üzünü yenidən yaratmağı təklif edir. Daha sonra isə maskasını öz proqramlarında, milyonlarla insanın qarşısında çıxartmağı və yeni üzünü göstərməsini təklif edir. Dana bu təklifi dərhal qəbul edir. Beləliklə, milyonlarla insan Dananın yeni görüntüsünə şahidlik edir.

Dana onunla eyni hekayəni yaşayanlara ilham və ümid verməyə çalışıb: "Ölmək daha asan olardı, amma mən heç vaxt asan yolu seçmədim. Bəzi insanlar bədənim haqqında nə düşündüyümü soruşur. Mən bu lənətlə qürur duyuram".

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm