Günün ən xoşbəxt saatı açıqlandı
Bizi izləyin

Bilgi.az

Günün ən xoşbəxt saatı açıqlandı

Günün ən xoşbəxt saatı açıqlanıb.

Publika.az xəbər verir ki, bunu müəyyənləşdirmək üçün 20 ölkədə 5440 nəfər arasında sorğu keçirilib. Sorğuda iştirak edənlərə "Ötən gecə saat 19:00-da nə edirdiniz?" sualı verilib. Nəticədə məlum olub ki, dünyanın harasında olmasından asılı olmayaraq, insanlar özlərini ən çox saat 19:00-da yaxşı hiss edirlər.

Bir çoxları həmin saatda axşamı necə keçirəcəklərini planlaşdırırlar. Məsələn, bir amerikalı balkonunda şərab içərək günün stressini atır, italyan dostuyla pizza bişirir, sinqapurlu isə ailəsiylə birlikdə oyun oynayır.

Mütəxəssislər saat 19:00-dan sonra insanların çoxunun iş haqqında düşünmədiyini və xoşbəxtliklərinin də buradan qaynaqlandığını iddia edirlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm