• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Cəhənnəmin qapısı açıldı - VİDEO\FOTOLAR

  • Maraqlı
  • 10 Aprel 2015 22:10
  • 2 501 Baxış
Cəhənnəmin qapısı açıldı - VİDEO\FOTOLAR

Planetimizdə baş verən bir sıra təbii hadisələr var ki, hələ də sirri açılmamış qalır. Məsələn, Sibirdə yaranan naməlum dəliklərin səbəbi indiyədək araşdırılır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çində yerləşən təpənin yamacında açılan naməlum dəlik isə sözün əsl mənasında havaya od püskürür.

Geoloqlar və mətbuat işçiləri Çinin şimal-qərb bölgəsində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonuna axın edib. Buradakı dəlik görənləri vahiməyə salır. "Odlu halqadan" havaya 792 selsi dərəcəsində 2 metr hündürlüyə kimi alov qalxır. Dəliyin dərinliyi isə hələ də müəyyən edilməyib.

İnternet istifadəçilərindən biri isə bu hadisəni "cəhənnəmin qapıları" adlandırıb. Yerli əhalinin sözlərinə görə, onlar əvvəlcə ayaqlarının altındakı torpağın isti olmasını hiss edib. Maraqlısı odur ki, yamac vulkanik zona deyil. Mütəxəssislərin fikrincə, alov yeraltı şaxtalar ucbatından meydana gəlib. O da qeyd olunur ki, hər ilin yaz və payız aylarında təpədən tüstü qalxır.

Yerli hökumət yeraltı alovu söndürmək üçün planlar cızır.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR