• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ölümü aldada bilmədilər - FOTOLAR

  • Maraqlı
  • 10 Aprel 2015 23:27
  • 914 Baxış
Ölümü aldada bilmədilər -  FOTOLAR

XXI əsrdə yaşasaq da, indiyə kimi çoxlarımız tale və qismətə inanırıq. Hər nə qədər çalışmağımıza baxmayaraq ölümdən yan keçmək olmur.

Publika.az bəxti gətirib sağ qalan, lakin başqa bir faciədə ölümdən dönə bilməyən insanların həyat hekayəsini təqdim edir.

21 yaşlı braziliyalı Cessika de Lima Rol son anda gecə klubuna getmək fikrindən daşınıb. Belə ki, o, kluba getmək üçün bilet də almışdı. Lakin son dəqiqədə dostu zəng edərək ona kluba getməməyə yalvarıb. Qız onun sözündən çıxmayıb. Həmin günü-27 yanvar tarixində klubda baş verən yanğında isə 238 nəfər həlak olub. Qeyd edək ki, yanğın tarixin 10 iri yanğın hadisələrindən biri hesab edilir. İlk baxışdan Cessikanın ölümü aldatdığını düşünmək olar. Sağ qaldığına sevinən qızın taleyinə şükür etməyə macal tapmamış 4 gündən sonra dəhşətli avtomobil qəzasına düşərək həlak olub.

Çinli Ye Yuan 2013-cü il iyulun 6-da San-Fransisko beynəlxalq hava limanına enən Boeing 777-də baş verən faciədən sağ çıxıb. Təyyarənin hissələri yanan zaman 16 yaşlı qız qalıqlardan 9 metr uzaqlıqda yerdə uzanıb kömək gözləyirdi. Lakin yanan təyyarəni söndürməyə gələn yanğınsöndürən maşın baş verən həngamədə qızı yerdə görməyərək üstündən keçib. Mütəxəssislər qızın üstündən maşın keçməzdən əvvəl sağ olduğunu müəyyən edib.

Hilda Yolande Mayol 2011-ci il 11 sentyabr tarixində Ümumdünya ticarət mərkəzində törədilmiş terror hadisəsindən sağ çıxanlardan biri olub. Qız binanın birinci mərtəbəsində yerləşən restoranda işləyib. Terror hadisəsi baş verən zaman o, binadan qaça bilib. Buna baxmayaraq, Hilda ölümü aldada bilməyib. Hadisədən 2 ay sonra qız 260 sərnişinlə Nyu-York yaxınlığında baş verən təyyarə qəzasında həlak olub. 26 yaşlı Mayol anası və 2 qızını görmək üçün vətəni Dominikan Respublikasına uçurmuş.

2009-cu ilin mart ayında fələstinli 3 dost İsraildə Sde-Turmot qəsəbəsi yaxınlığında piknik təşkil etmişdi. Dostlardan biri Alla Əhməd Saleh Aqbariya təsadüfən qonşu əraziyə keçdi və minanı tapdaladı. O, ani ölümdən qaça bildi və təkcə dabanını yaraladı. Xilasedicilər oğlanı minalanmış sahədən çıxarmaq üçün köməyinə gəldi. Lakin vertolyot əraziyə enməyə ehtiyat etdiyi üçün oğlanı mina ərazisindən kanat vasitəsilə çıxarmağa qərar verdi. 100 metr hündürlükdə vertolyotun kəndiri naməlum səbəbdən qırıldı və Alla Əhməd həmən mina sahəsinə yıxılaraq həlak oldu.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR