Ay Yerin özünə bənzəyən cisimlə toqquşmasından yaranıb
Bizi izləyin

Bilgi.az

Ay Yerin özünə bənzəyən cisimlə toqquşmasından yaranıb

Alimlər bu qənaətə gəliblər ki, Yerin yeganə təbii peyki olan Ay onun özünə son dərəcə oxşayan cismlə planetimizin toqquşması nəticəsində doğulub.

"Nature" jurnalında dərc olunmuş məqalədə deyilir ki, Yerin və Ayın süxurları arasındakı oxşarlığı yalnız bu nəzəriyyə ilə izah etmək olar.

Öz yaranışının əvvəllərində proto-Yer başqa səma cismləri ilə güclü toqquşmalarda olmalı idi.

Nəzəri hesablamalardan birinə görə, son belə toqquşma Yerdən 10 dəfə kiçik səma cismi ilə olub və bu toqquşmanın qırıntılarından biri Aya çevrilib.

Lakin alimlər deyirlər ki, əgər belə olsaydı, onda Ay süxurları həmin o Yerlə toqquşan cismdəki süxurlara oxşamalı idi, amma əslində bu süxurlar Yerlə eyni təbiətə malikdir.

Məhz buna görə də alimlər belə bir nəticəyə gəliblər ki, Yerlə toqquşan cism tərkib etibarilə Yerə çox bənzəyə bilərdi.

Ayla Yerin kiçik fərqləri çıxmaq şərtilə material eyniliyi yalnız bununla izah oluna bilər.

Jurnal yazır ki, bu nəzəriyyə Ay barəsində indiyədək mövcud olan bir çox suallara cavab verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm