Qazaxıstan hərbçi qadınların gözəllik müsabiqəsini keçirir - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qazaxıstan hərbçi qadınların gözəllik müsabiqəsini keçirir - FOTOLAR

Qazaxıstanın müdafiə nazirliyi hərbiyə daha çox insanın cəlb edilməsi üçün "Miss Ordu" müsabiqəsi elan edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunun üçün Qazaxıstanın Müdafiə Nazirliyi 123 ən qəşəng qadın əsgərlərin şəkilini səsvermə keçirmək üçün internetdə yerləşdirib.

Seçicilər 123 hərbçi qadın arasında öz sevimlisini seçməlidir.

Müdafiə Nazirliyinin sözçüsü deyib: "Müsabiqə bu gündən etibarən açıq elan edilir və mayın 10-a kimi davam edəcək. Fotolara 30 mindən çox baxış keçirilib və onların arasında serjant Aigerim Karakuçkova 1100 səslə irəlidədir".

Səsvermə Qazaxıstanla yanaşı, qonşu Qırğızıstan, Rusiya və Azərbaycandan da həyata keçirilir. Bu ölkələrin seçiciləri istənilən namizədə səs verə bilər.

Müsabiqəni alqışlayanlarla yanaşı, tənqid edənlərin də sayı az olmayıb. Bəzi seçicilər namizəd kimi irəli sürülən qadınların heç də gözəl olmadığını iddia edir.

Pərəstişkardan biri Emil Efremov müsabiqənin Saşa Baron Koenin "Borat" filmindən sonra ölkəsinə vurulmuş bədnam ad damğasının aradan qalxacağına əmindir. O deyib: "Müsabiqənin keçirilməsi çox yaxşı ideyadır. Təəssüf ki, dünya "Borat" filmini izlədikdən sonra tamaşaçılar qazaxların fermada yatıb uzunqulaqlarla cinsi əlaqədə olması kimi səhv fikrə düşdü. Qazax qızları dünyanın ən gözəl qızlarıdır. Onların hamısına öz səsimi vermişəm".

Müdafiə nazirinin sözçüsü deyib: "Qalib gələn qadın mükafatla təltif ediləcək və o, Qazaxıstanın "ən gözəl əsgər qadını" adını alacaq. Əminəm ki, hərbçi qadın yüzlərlə kişini hərbi xidmətə cəlb edəcək".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm