Ən sərt yaşayış qaydası - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ən sərt yaşayış qaydası - FOTOLAR

Mursilər 80-dən çox xalqın və tayfanın yaşadığı Efiopiyanın özünəməxsus etnik qruplarındandır. Bir sıra qəddar adətləri yaşadan bu tayfanın üzvləri olduqca aqressivdir.

Tayfanın sərhədi keçmək ixtiyarına malik bütün kişiləri Kalaşnikov avtomatı ilə gəzir. Tayfanın geridə qalmış etnik qrup olmasına baxmayaraq, mursilərin güclü cinsinin üzvləri spirtli içkini su kimi qəbul edirlər. Onların kişiləri günə başlar-başlamaz spirtli içki içirlər. Həmin səbəbdən də bir çoxları özlərini idarə edə bilmirlər. Bu qayda günün sonuna qədər qüvvədə olur – kişilər yatmazdan əvvəl də şərab qəbul edirlər.

Mursi tayfasının bütün kişiləri döyüşçü sayılır. Avtomatla gəzməyən kişilər silah kimi xüsusi dəyənəkdən istifadə edirlər. Mursiləri digər tayfalardan təkcə sərt qaydaları, adət-ənənələri deyil, üzvlərinin fiziki gücü, qeyri-adi qabiliyyətləri də fərqləndirir. Yastı burunları, iri alınları olan tayfa üzvləri zahirən qeyri-standart görkəmə malikdirlər. Tayfa üzvləri adi yeməklərlə yanaşı həm də quru meyvələrlə, hətta ölü böcəklərlə qidalanırlar. Mursilərin qeyri-adi xüsusiyyətlərindən biri də xoşagəlməz iyləridir.

Onlar uzun müddət çimmədiklərindən xoşagəlməz iy verirlər. Qadınlar özlərini gözəl göstərmək üçün dodaqlarına xüsusi "bəzək" əşyaları, heyvan buynuzları, boyunbağılar taxırlar. Onlar dodaqlarında deşik açdıraraq sonradan bunu tədricən genişləndirir, beləcə "boşqab" düzəldirlər. Adətə görə, subay qızlar toy gününə qədər dodaqlarındakı "boşqab"ları 30 santimetrədək genişləndirməlidirlər.

Qadinların zinət əşyalarını bədənlərindəki tatular, habelə boyunlarındakı əşyalar tamamlayır.

Efopiyanın bəzi tayfaları daxili müharibələr zamanı əsir götürdükləri düşmən əsgərlərini, uşaq, qoca və qadınları qula çevirirlər. Qayda mursilərdə də qüvvədədir.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm