Bilgi.az
103 yaşında məzun oldu - VİDEO
Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan yaşlı bir
qadın hamının diqqət mərkəzinə düşməyi bacarıb.
ABŞ-ın Viskonsin ştatının 103 yaşlı sakini Meri Hant 90 il əvvəl
yarımçıq qoyduğu təhsilini tamamlayıb. Bu barədə "NYDailyNews"
xəbər yayıb.
Xəbərdə bildirilir ki, yaşlı qadın "River Valley" liseyindən
məzun olaraq gənc yaşlarında ala bilmədiyi diplomu əldə
edib.
Yaşlı qadının illər əvvəl təhsili yarımçıq qoymasına səbəb isə
ailədəki vəziyyətləri olub. Belə ki, özündən yaşca balaca olan
səkkiz bacı və qardaşlarının qayğısına qalmaq çətin olduğu üçün
ailəsinə kömək etmək məqsədilə liseyə getməyib.
"Bunu həmişə etmək istəyirdim. Əvvəllər imkanım yox idi, amma indi – 100 il sonra bu fürsət yarandı və məndə alındı", - deyə Hant bildirib.
O, diplomu almaq üçün təntənəli mərasimə ənənəvi şəkildə, qara
plaş və akademik papaqda qatılıb.
"Beşikdən qəbrə qədər oxumaq" fikrini doğrultmağa çalışan bu
qadınının hazırda kollecə daxil olmaq barədə fikirləşdiyi qeyd
edilir. (ans)
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ