• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qazan papaq, qalın bığlar, gülməli yeriş... 126 yaşlı pedafil dahi - FOTOLAR

  • Maraqlı
  • 16 Aprel 2015 22:26
  • 2 301 Baxış
Qazan papaq, qalın bığlar, gülməli yeriş... 126 yaşlı pedafil dahi - FOTOLAR

Qazan papaq, qalın bığlar, gülməli yeriş, təlxək ayaqqabıları... Bütün bu deyilənlər Çarlz Spenser Çaplinə aiddir. Milyonlarla insan onu "Çarli" kimi tanıyır. Bu gün dahi aktyor, komediya ustası Çarli Çaplinin 126 yaşı tamam olur.

Publika.az "Bizim tərcümə" layihəsində kino sənətini dünyaya sevdirən və kino industriyasına yenilik gətirən məşhur komediyaçının həyatından olan maraqlı faktları təqdim edir.

Alçaq boyu Çarliyə gülməli obraz yaratmaqda kömək edib. Çarlinin boyu 165 santimetr, çəkisi isə 60 kiloqram olub.

Çarli kasıb ailədə doğulub. Atası ailəni atdığı üçün Çarli anası və qardaşı ilə yaşayırdı. Kasıbçılıq ucbatından Çarlinin 7 yaşı olarkən evdə qulluqçu kimi çalışıb.

O, səhnəyə ilk dəfə 5 yaşında ikən çıxıb. Çarli xəstə anasını əvəz etmək üçün teatrda çıxış edib. Azyaşlı uşağın çıxışı isə zaldakıların heyrətinə səbəb olub.

O, oxumağı çox gec öyrənib. Çarli yeniyetmə yaşda kitab oxumağa başlayıb. Lakin bunun əksinə olaraq, o, teatrda çox erkən - 14 yaşdan işləməyə başlayıb.

Aktyor və rejissor dünya siyahısına ən məşhur solaxay kimi daxil olub. O hətta sol əli ilə skripka ifa edib.

35 yaşında Çaplinin qara qıvrım saçları tamamilə ağardı. Gənc yaşında mavi gözlü Çaplinin başında bir dənə də olsun qara tük yox idi.

Onun həmişə, ABŞ və FTB ilə problemləri olub. Hər şey "Yeni tarix" filmindən sonra oldu. Filmdən sonra FTB Çaplinin kommunizmə meyl etməsindən şübhələndi. Çaplinin İkinci Dünya müharibəsi ərəfəsində mitinqdə səsləndirdiyi "yoldaşlar" sözü şübhələri daha da artırdı.

Çaplinin "Dahi diktator" filmi də az səs-küy yaratmadı. Film faşist Almaniyasının aqressiyasını ciddi qəbul olunmadığı vaxt çəkilirdi. Çəkilişlərin sonunda ABŞ və Böyük Britaniyanın "əhvali-ruhiyyəsini korlamamaq" üçün rejissora filmi dayandırmağı məsləhət gördülər. Rejissorun ünvanına film haqqında təhdidedici məktublar da daxil olmağa başladı: "Dahi diktator" filmi göstəriləcəyi təqdirdə kinoteatrların partladılacağı bəyan olundu. Deyilənə görə, bu film rəy bildirməsi üçün Hitlerə də göndərilib.

Çaplin özünü həmçinin, bəstəkar kimi də sınayıb. Filmdəki mahnıların çoxusunu onun özü bəstələyib.

Çaplinin sevimli komediya ustası britaniyalı Benni Hill idi. Hill 1991-ci ildə Çaplinin ailəsini ziyarət etməyə gəldi. Mərhum aktyorun ailəsi Benniyə Çaplin tərəfindən sevimli aktyorunun toplanmış video toplusunu göstərdi.

Çarli Çaplin 40 il ABŞ-da yaşasa da, vətəndaşlıq qazana bilməyib. Çünki 1952-ci ildən etibarən ABŞ ərazisinə gəlmək üçün bir çox sorğuları cavablandırmaq şərt idi. Suallar adətən insanın siyasi fikirlərini və əxlaqi dəyərlərini ölçməyə xidmət edirdi. Çaplin ona verilən sualları cavablandırdıqdan sonra pozğun insan kimi ittiham olundu.

1917-ci il ən varlı aktyor adına Çarli Çaplin layiq görülüb. Belə ki, aktyor "First National" kinostudiyası ilə 1 milyon dollara müqavilə imzalayıb.

Çaplinin sevimli idman növü boks, sevimli rəqs növü isə tanqo olub. "Böyük şəhərin alovları" filmində o, rinqdə tanqo ilə boksu "bir araya" gətirib.

Çaplin xəsis adam olub. O hətta varlansa belə, ucuz otel nömrəsində qalırdı. Çaplin studiya qəbzlərinin olduğu çamadanı hər zaman öz yanında daşıyırdı.

Çaplin özündən yaşca kiçik olan qadınlara üstünlük verib. İlk arvadı ilə onun arasında yaş fərqi 12 il, ikinci ilə 19 il, üçüncü arvadla isə 25 il fərq olub. Çaplin dördüncü dəfə nikaha 54 yaşında ikən daxil olub. Onun arvadı 18 yaşlı Una O’Nill idi. Çaplin onunla ömrünün sonun kimi yaşadı. Çaplinin qanuni və qeyri-qanuni 11 uşağı olub və onlardan 8-ni Una dünyaya gətirib. Çaplin sonuncu dəfə 72 yaşında ata olub.

Çarli Çaplin jurnalın üz qabığında çəkilən tarixdə ilk aktyor hesab olunur. "Time" jurnalı 1925-ci ildə ilk dəfə aktyorun fotosunu üz qabığında dərc etdi.

Çarli Çaplin heç zaman aktyor kateqoriyasında "Oskar" qazana bilmədi. O, kinematoqrafiyanın inkişafına göstərdiyi xidmətlərinə görə, 2 dəfə "Oskar" mükafatına layiq görülüb.

Çarli Çaplin avtobioqrafik kitabında xoşbəxt olmağın yollarını göstərib:

"Həyata yaxın məsafədən baxdıqda sizə onun nə qədər faciəli olması görünə bilər. Kənara çəkilin və həyatdan həzz alın.

Biz çox fikirləşib az hiss edirik.

Təmtərağa alışmayın. Təmtəraqlı həyat çox məyusedicidir.

Bəzən düzgün olmayan şeyləri düzgün vaxtda, düzgün şeyləri isə düzgün olmayan vaxtda etmək lazımdır.

Yalnız dəlilər bu dünyada yaşaya bilər. Özünüzdən utanmayın"

Çarli 1977-ci ildə yuxuda olarkən ürəktutmasından vəfat edib.

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR