• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dünyanın ən gözəl stüardessaları - FOTOLAR

  • Maraqlı
  • 17 Aprel 2015 10:00
  • 1 623 Baxış
Dünyanın ən gözəl stüardessaları - FOTOLAR

Aviasiya haqqında məlumatların yer aldığı "BS Aeronautics" internet portalında ən gözəl hava bələdçilərinin hansı şirkətə məxsus olmasının siyahısı hazırlanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ən gözəl stüardessalar "Air France" hava şirkətinə məxsusdur. Hava gözəlçələrinin siyahısına "Singapore Airlines" (ikinci yer) və "Aeroflot" (üçüncü yer) da daxil olub.

Qızlar saytın redaksiyası tərəfindən seçilib. Mütəxəssislər stüardessaların həm fiziki gözəlliyi, həm də stili, eleqantlığını da nəzərə alıb. Məsələn, qalib gələn "Air France" hava şirkətinin stüardessaları model görünüşlüdür və onların yaraşıqlı bədən formalarını fransız dizayneri Kristiana Lakruanın geyimləri daha da bəzəyir. Rus stüardessaları ("Aeroflot") əlvan qırmızı geyimləri ilə diqqət çəkib.

Hava şirkətində çalışan ən gözəl stüardessaların top onluğunu təqdim edirik:

"Air France" (Fransa);

"Singapore Airlines" (Sinqapur);

"Aeroflot" (Rusiya Federasiyası);

"Kingfisher Airlines" (Hindistan);

"Cathay Pacific" (Honkonq);

"Emirates" (Dubay);

"Air Asia" (Malayziya);

"Lufthansa" (Almaniya);

"Thai Airways International" (Tailand);

"Virgin Atlantic" (ABŞ).

Britaniyalı dizayner Vivyen Vestvud "Virgin Atlantic" hava şirkətinin stürardessaları üçün "ən seksual forma" hazırlasa da, şirkətin hava bələdçiləri 10-cu yerdə qərarlaşıb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR