Bilgi.az
Qatarlar üçün yeni sürət rekordu: saatda 590 kilometr!
Yaponiyanın Yamanasi prefekturasında maqnit yastıq
üzərində hərəkət edən qatarlar (maqlev) üçün yeni sürət rekordu
müəyyən edilib. JR Tokai dəmiryol kompaniyasının məlumatına görə,
18 kilometrlik poliqonda aparılan sınaqlar zamanı qatar saatda 590
kilometr sürət yığıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki,
yeddi vaqondan ibarət qatarın sürəti 19 saniyə ərzində sabit qalıb.
JR Tokai dəmiryol kompaniyasından hazırkı rekordun yapon maqlevinin
imkanlarının maksimal həddi olmadığını və yaxın zamanlarda qatarın
sürətini saatda 600 kilometrə çatdırmağı düşündüklərini
bildiriblər.
Qeyd edək ki, əvvəlki rekord Yamanasi prefekturasının həmin test
poliqonunda qeydə alınmışdı. 2003-cü ildə nail olunan sürət saatda
581 kilometr təşkil etmişdi.
Maqlevin yaradılması üzərində işlər hələ keçən əsrin 70-ci
illərində başlasa da, Yaponiya hökuməti ilk kommersiya xəttinin
çəkilməsinə yalnız 2011-ci ildə icazə vermişdi. Tikintisinə keçən
il başlanılan dəmir yol xətlərinin 2027-ci ildə Tokio ilə Naqoya
şəhərlərini birləşdirməsi planlaşdırılır. Plana əsasən şəhərlər
arasındakı 286 kilometr yolu qatarlar 40 dəqiqə ərzində qət
etməlidir. Hazırda "Sinkansen" sürət qatarları həmin məsafəni 1saat
18 dəqiqəyə gedir.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB