İtlərə dəhşətli əzab verən qədim bolqar ayini - VİDEO, FOTO
Bizi izləyin

Bilgi.az

İtlərə dəhşətli əzab verən qədim bolqar ayini - VİDEO, FOTO

İtlərə dəhşətli əzab verən qədim bolqar ayini -

İtlərin fırladılması- mal-qarada quduzluğun olmaması və kəndlilərin yaşayış yerini pis ruhlardan qorumaq üçün hər ilin 6 mart tarixində keçirilən qədim bolqar adətidir.

Ayin belə keçirilir:

Adətən, balaca çayın yaxınlığında yerləşən su anbarının sahilində iki dirək yerləşdirilir. Onların arasından kəndir çəkilir. Dirəklər su anbarının mərkəzinə tərəf əyilir, kəndirin ortası buraxılır və səliqə ilə fırlayıb ucunda ilgək yaradılır.

Sonra ayin üçün seçilmiş iti götürüb ilgəyi boğazından keçirdib sinəsinə qədər keçirdirlər. Əyilmiş dirəkləri düzləşdirirlər və bu zaman it yüksək sürətlə fırlanmağa başlayır. Nəhayət, ilgək açılır və qorxmuş qurban suya düşərək oradan çətinliklə çıxıb zalımların yanına qayıdır.

Ayində istifadə olunan itlərə ziyan dəymir lakin həvəslə mahnı oxuyan insan dəstəsi ilə əhatələnmiş və suyun üzərində fırlanan itə baxanda pis təəssürat yaranır. Elə hallar olub ki, yüksək sürətlə fırlandıqdan sonra itlər istiqaməti itirərək suya düşərək boğulublar.

Ayin zamanı çox vaxt kəndir itlərin daxili orqanlarını sıxır və bundan əlavə, şokdan çirkli suya yıxılan heyvanlar zədə alır.

Bolqarıstan 2011-ci ildə Avropa Birliyinə daxil olmasına baxmayaraq, Brodilovo kəndinin başçısı Petko Arnaudov kənd sakinlərinə bu ənənəni həyata keçirməyə icazə verib. Yazıq heyvanlar hələ də yüzlərlə insanın, kəndlinin və turistin gözləri önündə əziyyət çəkməkdə davam edir.

Petko Arnaudov deyir: “Bu barbarlıq deyil. Bu ziyansız xalq folklorudur.“ Onun sözlərinə əsasən camaat turistləri qeyri-adi hərəkətlərə baxmağa cəlb etməklə maliyyə çətinliklərinin həlli üçün bu ənənəni dirildib.

Petko Arnaudov deyib: “ Kimsə heyvanları nə öldürür, nə də şikəst edir. İtləri onların sahibləri gətirir ki, ev heyvanları folklor ənənədə iştirak edib pis ruhları qovmaqla bərəkət gətirsin. İtlər 15-20 saniyə fırlanır sonra suya düşərək özünəməxsus şəkildə vanna qəbul edir.”

Başçı əmindir ki, bu ənənə zorakılığı təbliğ edən hollivud filmlərindən az ziyan gətirir.

Bolqarıstanda, Avropada və Amerikada heyvan hüquqlarının qorunması təşkilatı bu ənənənin davam etdirilməsinə qarşıdır. London sakini, hərəkatın fəal üzvü Karmen Martines 2014-cü il yaz ayinin keçirilməməsi tələbi altında petisiya yerləşdirib. Petisiyanın imzalanma müddəti 2014-cü il 1 mart sona çatır. Petisiyanın gücə minməsi üçün 27000 səs tələb olunur. Artıq 21000 insan imza atıb.

Heyvanlara qarşı laqeyd qalmayın!

Petisiyanın imzalanması üçün bu ünvana müraciət edin: http://www.yousign.org/en/dog-spinning

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm