• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Argentina səmasında üç günəş görsəndi - Foto

  • Maraqlı
  • 22 Fevral 2014 18:03
  • 799 Baxış
Argentina səmasında üç günəş görsəndi - Foto

Nadir atmosfer hadisəsi Argentinanın Santyaqo-del-Estero əyalətində baş verib. Yerli sakinlər eyni anda bir neçə dəqiqəliyə 3 günəşi seyr edib.

Parhelion adlanan təbiət hadisəsi günəş işıqlarının atmosferdəki buz dənəciklərini sındırması nəticəsində yaranır. Bəzən günəşdən kənarda tünd qırmızı şəfəq və alovlarını da görmək mümkündür.

Şəfəqin tamamilə yaranması üçün günəşin ətrafında atmosferdə buz dənəciklərinin olması gərəkdir. Lakin bu çox zaman alınmaya da bilər.

Hava sakit olanda, buz dənəcikləri üfüqi şəkildə düşməyə başlayır. Günəş Yerə yaxın olduğu zaman buz dənəcikləri düzgün vəziyyət alır və bu zaman günəş şəfəqlərini ətraflara yayaraq “yalançı” günəş effekti yaradır.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR