Eşşək əti bahalaşdı, hökumət təcili tədbirlərə başladı
Bizi izləyin

Bilgi.az

Eşşək əti bahalaşdı, hökumət təcili tədbirlərə başladı

Çində uzunqulaq ətini ancaq qara bazarda tapmaq mümkündür

Əhali sayı 1.5 milyarddan çox olan və dünyanın ən böyük istehlakçı cəmiyyəti olan Çində it ətindən sonra indi də eşşək əti süfrələrin bəzəyi olmağa başlayıb.



Anspress-in xəbərinə görə, artıq bu ölkədə eşşək tapılmadığından xaricdən eşşək idxal etməyə başlayıb.



Yerli “South China Morning Post” qəzetinin yaydığı xəbərə görə, ölkədəki son eşşəklər də kəsilərək qəssablara verildikdən sonra hökumət son çarə olaraq Afrikanın Keniya ölkəsindən uzunqulaq idxal etməyə başlayıb. Bundan başqa, rəsmi Pekin keniyalı fermerlərdən birinə ölkələrində eşşək ferması və sallaqxanası açmağa icazə verib.



Məlumata görə, bir vaxtlar öldüyü zaman yolun kənarına atılaraq yırtıcı quşlar tərəfindən yeyilməsi gözlənən eşşək leşləri bir anda qəhətə çəkilib və bu leşlərin qiyməti də bahalaşıb.



Bu xəbər Keniyada eşşək oğurluğunu da artırıb.



Rəsmi Pekin isə ölkəsində yeni eşşək fermalarının yaradılması üçün digər Afrika ölkələri ilə də danışıqlara başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm