Səmadan əjdaha boylandı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Səmadan əjdaha boylandı - FOTOLAR

Qütb parıltısı həmişə diqqəti cəlb edən, ecazkar təbiət olaylarından biridir. Şimal Qütb dairəsində müşahidə olunan bu olay çox gözəl, füsunkar görüntünün yaranmasına səbəb olur.

Şimal Qütbünün yaxınlığındakı Qrenlandiya adasının sakinləri dünən səmada çox maraqlı olayı görüblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, budəfəki qütb parıltısı əjdaha başı formasında idi.

Üfüqdə sayrışan ecazkar "əjdaha başı"nı görən qrenlandiyalıların dediklərinə görə, bu parıltı qədim vikinqlərin Qrenlandiyada ilk məskənlərindən biri sayılan Qasirasuqda daha yaxşı görünüb.

Tasiusaq qəsəbəsinin sakinləri isə səmadakı parıltının məhz onların məkanlarından "əla göründüyünü" iddia ediblər.

"Əjdaha başı"nın fotolarını 55 yaşlı astrofotoqraf Xuan Karlos Kasado Hapsaq yarımadasında, Qaleralit buzlağında çəkib.

Qütb parıltısı və ya "Auroroa Borealis" Günəş küləyinin yüklü elektronlarının Yer atmosferinin hissəcikləri ilə qarşılıqlı əlaqəyə girməsi nəticəsində yaranır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm