6 ayaqlı inək "müqəddəs" sayıldı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

6 ayaqlı inək "müqəddəs" sayıldı - FOTOLAR

Hindistanda boynunda iki "əlavə" ayağı olan inək az qala müqəddəs sayılır və onun "ziyarət"inə hər gün yüzlərlə insan yollanır.

Boynundan iki rudiment ayaq sallanan inəyi sahibi kiçik yük maşınına qoyaraq ölkəni gəzir və "müqəddəs inək"lə "görüş"ə can atanlardan nəzir-niyaz toplayır.


İnəyin sahibi, 35 yaşlı Lakşmi Bosalın dediyinə görə, yüzlərlə insan onun heyvanına yaxınlaşır, inəyin boynundakı iki nazik ayağa toxunaraq tanrılardan nə isə istəyirlər.


"İnək bizim üçün müqəddəs heyvandır. İnəyi "anamız" adlandırırıq. İnəyimin boynunda olan iki ayaq da göstərir ki, Tanrı bu heyvanın timsalında zühur edərək bizə xeyir-dua verir. Bu ayaqlara toxunana tanrılar uğur vəd edir", - L.Bosal söyləyib.


Hindistanın Maharaştra ştatındakı Solatur şəhərində yaşayan L.Bosal indiyədək 6 ştat və 15 iri şəhərdə olub.

Maharaştra, Qucarat, Madhya-Pradeş, Haryana və Uttar-Pradeşi inəyi ilə dolaşan L.Bosal indi ölkə paytaxtı Nyu-Delhidədir.


"Kahinlərin sözlərinə görə, inək Matşa Vayşna Devi tanrısının izharıdır. Buna görə də az sonra Delhini tərk edərək Cəmmu və Kəşmir ştatına, Matha Vaşyna Devi məbədinə yollanacağam", - Lakşmi Bosal söyləyib./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm