• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şəhərdə yırtıcı dolaşır: 6 yaralı - VİDEO, FOTO

  • Maraqlı
  • 25 Fevral 2014 10:38
  • 562 Baxış
Şəhərdə yırtıcı dolaşır: 6 yaralı - VİDEO, FOTO

Hindistanın şimal-qərbindəki Merat şəhərində bəbir xəstəxanaya hücum çəkib. Bir müddət şəhər küçələrində dolaşan yırtıcının xəstəxanaya soxulması iki nəfərin yaralanması ilə nəticələnib.


Milli.Az İndia Today-ə istinadən bildirir ki, "Cantonment Hospital"ın təhlükəsizlik xidmətinin əməkdaşları yırtıcını qovaraq bir otağa salandan və qapını bağlayandan sonra təhlükənin sovuşduğunu düşünsələr də, yanılıblar.


Bəbir qapını sındırıb və qaçıb. Polis və hərbçilər yırtıcını axtarırlar. Şəhərdəki məktəblər və kolleclər bağlanıb.


"Bəbir xəstəxanada olanda ona içində trankvilizator olan "güllə" vurulub. Lakin yırtıcı qaça bilib. Onu son dəfə çoxmərtəbəli yaşayış binasının ilk qatındakı kinoteatrda görüblər", - şəhər polisindən verilən məlumatda deyilir.


Bazar günü hospitaldan qaçan bəbirin yaraladığı adamların sayı artıq 6 nəfərə çatıb. 3,5 milyon insanın yaşadığı Meratda bu qorxulu yırtıcının axtarışları davam edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR