• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ayda baş verən partlayış dünya alimlərini təşvişə saldı - FOTO, VİDEO

  • Maraqlı
  • 25 Fevral 2014 11:45
  • 1 100 Baxış
Ayda baş verən partlayış dünya alimlərini təşvişə saldı - FOTO, VİDEO

Astronomiya elminin tarixində bir "ilk" olub. Ayın müşahidə olunduğu ilk gündən bəri Yerin təbii peykində ən böyük partlayış qeydə alınıb.

İspaniyanın Huelva Universitetinin professoru və Britaniya Kral Astronomiya Cəmiyyətinin üzvü Xose Mariya Madiedo Aya asteroid düşdüyünü qeydə alıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, eni 0,6 metr, uzunu 1,4 metr olan həmin asteroid 60 min km/saat sürətlə hərəkət edərək Aya dəyib. Bu toqquşma nəticəsində partlayış olub. 15 ton trotil ekvivalenti gücündəki partlayış nəticəsində Ayda eni 40 metr olan krater yaranıb.


Ay səthində Buludlar Dənizində baş vermiş partlayış ötən ilin sentyabrın 11-də baş versə də, olayın araşdırılması, dəqiqləşdirilməsi və bir sıra detalların hesablanması dünən başa çatıb.


Xose Mariya Madiedonun dediyinə görə, baş vermiş partlayış və yaranan krater ilk baxışdan kiçik təsir bağışlasa da, belə deyil.


"Hər şey ilk baxışda yaranan təəssüratdan daha ciddidir. Ay səthində indiyədək çox partlayışlar, asteroid və meteorit toqquşmaları olub. Lakin bu asteroid faktiki olaraq Ayı məhv edə bilərdi. Səbəb isə asteroidin Ay səthinin ən çox gərildiyi və həssas məkanlardan birinə düşməsidir. Kosmosda indiyədək çox səma cismi, planetlər və kvaziplanetlər belə toqquşmalar nəticəsində parçalanaraq məhv olub", - Madiedo söyləyib.


Onun sözlərinə görə, müşahidə olunan və 8 saniyə davam edən partlayış astronomik müşahidələr tarixində ən böyük Ay insidenti olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR