Hamı bu kişini öpmək istəyir - VİDEO, FOTO
Bizi izləyin

Bilgi.az

Hamı bu kişini öpmək istəyir - VİDEO, FOTO

28 yaşlı Edvard Hernandesi görənlərin reaksiyaları əsla fərqlənmir. Dünyanın ən balacaboy insanı kimi adı Ginnesin Rekordlar Kitabına düşən bu kişi oyuncağa bənzəyir.


Milli.Az El Mundo-ya istinadən bildirir ki, Kolumbiyanın paytaxtı Boqotada yaşayan 28 yaşlı Edvard Hernandesin boyu vur-tut 68 santimetrdir. Balaca uşağa, hətta oyuncağa bənzəyən Edvardı görənlər onu qucaqlayıb öpmək istəyirlər.


Boqotanın ən yoxsul məhəllələrindən birində yaşayan Edvardın dediyinə görə, uşaqlıq və yeniyetməlik illərində yaşıdları təki boyunun artmaması onu depressiya salmış, aqressivləşdirmişdi.


Lakin zaman keçdikcə o, taleyi ilə barışıb. İndi Edvardın sevgilisi, işi və maşını da var.


"Normal həyat yaşayıram. Sadəcə, küçəyə çıxmağı çox sevmirəm. Çünki küçədə məni görənlər dərhal üstümə cumur, oyuncaq kimi qucaqlarına almaq, oxşamaq, öpmək istəyirlər. Üstəlik, çox sual verirlər. Yaşım çox, boyum uşaq boyudur. Uşaqlıqla yaşlılıq arasında qalmışam", - Edvard söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm