Ən maraqlı iş: çim, pulunu al
Bizi izləyin

Bilgi.az

Ən maraqlı iş: çim, pulunu al

Britaniyadakı "Bathstore" santexnika dükanları şəbəkəsində "arzuların işi" adlandırıla biləcək vakansiya yaranıb.


Milli.Az The Mirror-a istinadən bildirir ki, yeni işdə çalışacaq şəxs vannaların keyfiyyətini yoxlamalı, sonra da onları satmalıdır.

Şərtlərdən birinə görə, bu işdə çalışmaq istəyənin evindəki hamam otağında əlavə, sınaqdan keçiriləcək vanna üçün yer olmalıdır.


"Bathstore"un marketinq departamentinin rəhbəri Kler Beyliiss deyib: "Zarafat etmirik, artıq xeyli müraciət almışıq. Ən yaxşı namizədi bu yaxınlarda seçəcəyik. İllik maaş 6 min funt-sterlinqdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm