• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Putin - tam məxfi dosye

  • Maraqlı
  • 27 Fevral 2014 15:56
  • 6 320 Baxış
Putin - tam məxfi dosye

Adıgözəl MƏMMƏDOV

Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri, Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü

Bu günlər Ukraynada baş verən hadisələrlə əlaqəli Vladimir Putinin hansı qərar çıxarcağı indi hamını düşündürən məsələdir. Məhz bu baxımından Putinin xarakterik keyfiyyətini bilmədən bu liderin atacağı addımlarını hesablamaq olmur. Ona görədə siyasətçi haqqında tək onun sözlərinə görə fakir yürütmürlər, həm də onun bu və ya digər şəraitlərdə necə hərəkət etməyi ilə də ona qiymət verirlər.

Xalq Putini ictimailəşmiş siyasətci kimi 1999-cu ilin yayından tanımağa başladı. Ona qədər isə heç kim onun haqqında heç nə bilmirdi. Əslində Putinin gücü elə onda idi ki, heç kim onun haqqında heç nə bilmirdi. Çünki o, həmişə kölgədə qalırdı. O, keçmişdən gələn, kölgədən çıxmış adam idi. Bu da onun üçün böyük üstünlük oldu. Hətta Putinlə illərlə bir yerdə işləyən insanlar belə onu tamamilə tanımadığını, ona dərindən bələd olmadıqlarını bildirirdilər.

DTK-da işləmək əslində tam hərbi xidmət deyil, lakin xeyli dərəcədə hərbiləşdirilmiş təşkilatdır, hərçənd bu qurumda rütbəcə və vəzifəcə özündən böyük adamlarla diskusiyalar aparmaq mümkündür.

Bəlkə də, buna görə politoloqlar belə hesab edirlər ki, Putinə çiynində paqon daşıyan adamlarla ünsiyyətdə olmaq, adəti üzrə çox xoşdur. Çünki bu adamlar nəinki əmr etməyi və həmçinin, əmrə tabe olmağı da bacarırlar. Məhz bu səbəbdən Putin özünü, bir növ, "komandir-ata" kimi təsəvvür edir.

Ənənəvi cəmiyyətlərdə liderin "himayəçi-ata" kimi qəbul edilməsi ən çox monarxiya quruluşunda təsadüf olunur. Lakin müasir cəmiyyətlərdə də "himayəçi-ata" konsepsiyasının da böyük əhəmiyyəti vardır.

Keçmiş ilə vərəsəlik əlaqələrini kəsmiş yeni rejimin özünün qanuniləşdirilməsi zamanı və yeni cəmiyyətin qurulmasında əsaslı rol oynayacaq "himayəçi-ata"ya böyük ehtiyac yaranır. Hətta Rusiyada, monarxiya rejimi indi olmasada belə, kütlənin ata qayğısına olan tələbatı güclü surətdə qalmaqda davam edir. Bu hakimiyyətə olan münasibətdə özünü göstərir, bu da rus milli xarakterində, rus siyasi mədəniyyətində öz əksini tapır. Hər bir uşaq hakimlik və əmr etməyin avtokratik üsulunu hələ ailədə öyrənir.Bu da rus siyasi mədəniyyətinin bir xüsusiyyəti kimi -ata qismində liderə olan təlabatı formalaşdırır.

Ola bilsin ki, elə buna görə də Putinin şəxsi cəhət və keyfiyyətləri onun karyerasında böyük rol oynayıb. O isə bu mənsəbə böyük zəhmətlər sayəsində çatıb. Kəşfiyyatçılar nəinki özlərinin sahib olduqları əsl məşğulliyyətlərini, həmçinin əsl emosiyalarını, hiss və

baxışlarını da başqalarından gizlətməyə adət edirlər. O daima, guya ki, sizin necə adam olduğunuzu bilmədiyini göstərir, əslində isə sizin hansı əlaqələrininzin olduğunu öyrənməyə çalışır.

Kəşfiyyatçı həmişə hamıya şübhə ilə yanaşır, onu belə tərbiyə edirlər. Adətən, Putin hər hansı həm söhbətinə həmişə şübhə ilə yanaşır. Putinin öz fikri var və bu fikirləri, onu nahaq yerə nəyəsə inandırmağa çalışan insanlarda apardığı müşahidələrinə əsasən formalaşdırır. Kəşfiyyatdakı atmosferi orada işləyən insanların özləri, yəni iki təhsili olmaqları ilə, xaricdə işləyərək bir neçə dili bilməkləri ilə yaradırlar.

Kəşfiyyatın mərkəzi aparatında da, elə xaricdəki rezidenturalarda da, bütün problemləri müzakirə etmək bir qayda halını alıb. Hər bir zabitə öz fikrini izah etmək, öz nöqteyi-nəzərini bildirmək (hərçənd, son söz yenə də rəhbərliyindir) imkanı verilir.

"Hələ məktəbi qurtarmamışdan məndə kəşfiyyatda işləmək arzusu oyanmışdı,- sonralar Putin "Birinci şəxsdən" adlı kitabı yazan jurnalistlərə deyəcəkdi,- ancaq, bu mənim üçün Marsa uçmaq kimi əlçatmaz bir şey idi... "Qılınc və qalxan" kimi kitab və filmlər öz işini görmüşdü. Məni ən çox, kitabın qəhramanın az sözlərlə və demək olar ki, tək öz qüvvəsi ilə, bütöv bir ordunun edə bilmədiyi işin öhdəsindən gəlməsi, təəccübləndiriridi. Bir kəşfiyyatçı minlərlə insanın taleyini həll edirdi."

Doqquzuncu sinif şağirdi Putin DTK-nın Leninqrad şəhəri və Lelinqrad vilayəti üzrə idarəsinin qəbul otağına yollandı. Onu da qeyd etmək yerinə düşərdi ki, DTK, ölkədə bura gələn hər bir kəsə diqqətlə qulaq asıldığı yeganə yer idi.

Volodya Putin DTK-da işləmək arzusunda olduğunu oradakı zabitə bildirir. Zabit isə ona diqqətlə qulaq asdıqdan sonra, nəvazişlə ona bildirir:

Birincisi, biz təşəbbüsçüləri işə götürmürük.

İkincisi, bizə yalnız orduda xidmət edəndən sonra, yaxud da hansısa ali məktəbi bitirdikdən sonra düşmək olar.

Hansı ali məktəbdən sonra deyərək ondan soruşur?

-Hansı olsa!

-Bəs ən əsası?

-Hüquq fakültəsini!

Bax, ona görə də Vladimir Putin Leninqrad dövlət universitetinin hüquq fakültəsinə daxil oldu. Burada Anatoli Aleksandroviç Sobçakın tələbəsi oldu. Bu insan gələcəkdə onun həyatında mühüm rol oynayacaqdı.

DTK-nın kadr aparatı öz gələcək əməkdaşlarını çox ciddi-cəhdlə seçirdi. Burada işləməyi arzulayan adamları heç də həmişə işə götürmürdülər. DTK-də həqiqətəndə "təşəbbüsçü" kimi anlayış mövcud idi; orada inadla işə götürülməyini xahiş edən insanları belə adlandırırdılar.

"Təşəbbüsçü"lərə münasibətə gəldikdə isə komitədə həmişə onlara müəyyən sayıqlıqla yanaşırdılar. Hələ bu adamı yaxından tanımaq və onun təhlükəsizlik orqanlarında işləmək marağının əsl səbəblərini araşdırıb dəqiqləşdirmək lazım olurdu.

Adətən, DTK-sindən olan əməkdaşlar xoşlarına gələn tələbələri öz yanlarına dəvət edir, onları ailələri barədə sorğu-suala tutur, onların planlarını öyrənir, bu tələbələrin danışıq tərzi və şəxsi keyfiyyətlərinin onların xoşuna gəldiklərini bildirir, lakin onlara daha bir ixtisas almağın lazım olduğunu deyirdilər. Beşinci kursun sonlarında tələbəni yenidən söhbətə dəvət edir və bu vaxtdan da tələbə onun həyatının, ailə üzvlərinin və dostlarının DTK tərəfindən diqqətlə öyrənilməsini artıq başa düşürdü.

Kəşfiyyatın Skandinaviya şöbəsi üçün Leninqrad, Finlandiyanın yaxınlığında yerləşməsi səbəbindən, həmişə xüsusi maraq dairəsində idi. Bu, Rusiyanın şimal-qərb hissəsində yaşayan əhalidə: belaruslarda, latışlarda, litvalılarda beloomor-baltika antropoloji tipinin oxşar cəhətlərinin müşahidə olunması ilə bağlı idi; belə bir cəhətlər bu ərazinin fin dili qrupuna daxil olan xalqlarda karellərdə, veplərdə, komi-zırlarıın bəzi qruplarında rast gəlinirdi.Məhz bu cəhətlər onları Skandinaviya mənşəli atlant-baltika irqinə yaxınlaşdırırdı. Bu da Skandinaviya ölkələrində onların yerli xalqlardan fərqlənmədən qeyri-leqal fəaliyyət göstərmələrinə şərait yaradırdı.

Buna görə də antropoloji faktura DTK-nin xarici kəşfiyyatı üçün kadrlar seçimində böyük əhəmiyyətə malik idi.

Bununla belə, DTK-si gələcək əməkdaşlarının seçimində başlıca olaraq, siyasi-mənəvi baxışlara, psixoloji davamlığa, dayanıqlığa, insanlar ilə dil tapmaq bacarığına və digər lazım olan cəhətləri daha çox nəzərə alırdı.

Namizədlərin qohumlarını yoxlayırdılar, əgər ailə üzvləri arasında məhkum olunmuşlar var idisə, heç vaxt götürməzdilər.Bütün bunlar əsasən, xüsusilə də, dövlət təhlükəsizlik orqanlarının xəbərçiləri olan tələbələr tərəfindən həyata keçirlirdi.Bu vasitələrlə namizədlərin hansı baxışları, adətləri və əyləncələri olduğu aydınlaşdırılırdı.

Putinin anket ilə bağlı heç bir problemi yox idi.Baş kəşfiyyatçı SSRİ DTK-nın keçmiş sədri Kryuçkov Putin haqqında yazır ("Şəxsiyyət və hakimiyyət" kitabının Putin haqqında olan fəsilində): "Sakit adamdır səs küy salmağı xoşlamır, bütün məsələlərə ciddi yanaşır, diqqəti cəlb etməyi bacarır. O, hətta federal qanunları pozan insanlarla belə səsküylü müzakirələrdən qaçırdı və onların ifşası zamanı özünü sakit aparırdı. O, şəraiti obyektiv surətdə qiymətləndirən və bir qayda olaraq, bu və ya başqa problemlərin həllinin düzgün yollarını tapırdı. 1998-ci ilin payızında Rusiya hökumətinin əleyhinə kütləvi aksiyalar başlayanda Yeltsin FTX-nin başına etibarlı, olduqca qətiyyətli bir adam qoymaqla optimal qərar verdi.

Beləcə , Putin onun üçün doğma olan Lyubyankaya qayıtdı. Putində emosionallıq və rasionallıq harmoniya təşkil edir. Onunla bir yerdə işləyən yoldaşları onun nə vaxtsa öz həyatında müəyyən gələcək üçün nəsə planlaşdırdığını hiss etməmişdilər. O özünü, qeyri-adi keyfiyyətlərə və cəhətlərə malik bir insan kimi görmürdü. Hamı onun öz işindən, həyatından razı olduğunu və prinsipcə yeni heç nə istəmədiyini sanırdı. Görünür, onun doğrudan da təsadüfən bəxti gətirmiş və belə yüksək mənsəbə çatmışdı. Lakin, bu yüksək postlara yiyələndikdən sonra onu əvvəllər tanıyan insanlar Putinin gələcəkdə bundan da yüksək postlar tutacağını istisna etmirdilər".

Putinin ilk təşəbbüslərindən biri də DTK-nın Lubyankadakı qədim binasına yenidən Andropovun barelyefini həkk etdirmək oldu.

Andropovun 85 illiyi qeyd olunanda, Putin Andropovun xatirə lövhəsinin qarşısına əklil qoydu. Primakovu baş nazirlikdən istefaya gönədərən Yeltsin, onun yerinə kimi təyin etmək üçün hüç cür bir qərara gələ bilmirdi: Stepaşini, yoxsa Aksenkonu? Necə oldusa Stepaşini seçdi. Aksenko ehtiyatda qaldı, lakin onu da gələcəkdə sələflərinin aqibəti gözləyirdi.

Əgər əvvəllər yüksək vəzifəli məmurun hansı siyasi yönəlməyə meyl etdiyi haqda düşünürdülərsə, indi sual başqa cür qurulurdu, onun "hansı oliqarxlara işlədiyi"və ya "hansı oliqarx qrupa məxsus olduğu" əsas götürülürdü. Yeltsin isə xəstəliyi ucbatından get-gedə təklənərək,təcrid olunurdu. Artıq o, ailəsindən başqa heç kimə etibar etmirdi.

Kiçik qızı Tatyana Dyaçenko onun üçün ən etibarlı insan idi. Qeyri formal olaraq, bütün hakimiyyət onun əlinə, dəqiq desək, onun dostlarının-Berezovskinin, Yumaşevin, Abramoviçin, Çubaysın əlinə keçmişdi. Yeltsin hətta, bütün hakimiyyətin kiçik qızı Tatyana Dyaçenkoya verilməsi haqda ciddi düşünməyə başlamışdı. Bundan ötrü, hətta, prezident seçkilərinin səhnələşdirilməsi də nəzərdə tutulmuşdu.

Lakin sonralar, görünür, bu variantın işə keçməyəcəyini başa düşmüşdü. Bu vaxt, gözlənilmədən Putin siyasi səhnədə peyda oldu. O, Stepaşinin yerinə yeni baş nazir seçildi. Putin, Yeltsinin ənənəvi olaraq irəli çəkdiyi adamlara oxşamırdı, bundan əlavə o,ilk baxışdan heç hakimiyyətədə can atmırdı və həmişə kölgədə qalmağı üstün tuturdu. Rusiyanın ilk prezidenti öz səlahiyyətlərinin başa çatmasını gözləməyərək, 1999-cu ilin 31 dekabrında istefa verdi.

Kreml ilə vidalaşdığı günü xatırlayarkən, Yeltsin yazırdı:"Tənhalıq və hətta, qəm-qüssəli sıxıntı hissi keçirirdim".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR