Dünyanın ən qəmli bəy və gəlini - VİDEO, FOTO
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qəmli bəy və gəlini - VİDEO, FOTO

Çinin paytaxtı Pekin indi dünyada havası ən çirkli olan meqapolislərdən biridir. Beynəlxalq təşkilatların hesablamalarına görə, Pekində havanın çirklənmə səviyyəsi normadan ən azı 10 dəfə artıqdır.


Pekində havanın çirkliliyi bəzən elə bir həddə çatır ki, Günəş şüalarının şəhərə düşməsinin qarşısını alır.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, pekinli iki gənc toylarında havanın çirklənməsi məqamına diqqəti çəkmək üçün ekstravaqant fotoseriyaya çəkiliblər.


Təzə bəylə gəlin toyda əleyhqazlarda olublar və bu görkəmdə də bütün fotolara çəkiliblər.

Çəkiliş Pekindəki Quomao körpüsünün yanında başlanıb, sonra şəhərin şimal səmtlərində davam etdirilib.


Pekindəki hava çirklənməsinin səviyyəsini aşağı salmaq üçün 147 sənaye müəssisəsi bağlansa da, ilin əksər günlərində şəhər sakinləri üzlərində tənzif maska dolaşmaq məcburiyyətində qalırlar.


Çin Kənd Təsərrüfatı Universitetinin Su Təsərrüfatı və Mülki Tikinti Kollecinin (China Agricultural University’s College of Water Resources and Civil Engineering) tələbəsi ola Hi Donsian sevgilisinə "əleyhqaz ideyası"nı deyəndə qız əvvəlcə razılaşmayıb, amma sonra fikrini dəyişib.


"Dünyanın ən qəribə, ən qəmli toyu oldu. Eyb etməz, narazı deyilik. Təki Pekində nələr yaşandığından dünya xəbər tutsun", - Hi Donsian deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm