Bilgi.az
Zəngi vurduğuna görə döyüb şikəst etdilər - FOTO
Rusiya vətəndaşı Sergey Boqdanov Hindistanın Qoa bölgəsində vəhşicəsinə döyülüb. O, Mandrem kəndindəki məbədə girərək zarafat xətrinə ayin zənginə vurub.
Rusiyanın Kalininqrad şəhərinin sakini olan 28 yaşlı S.Boqdanov
istirahət üçün yollandığı Qoada qalıb yaşamağa qərar vermişdi.
O, Müqəddəs Aleks məbədinə girərək zəngi vurandan sonar bir neçə
hindus onu vurub yerə yıxıb və döyməyə başlayıb.
Kilsədəki bu zəngə yalnız bayramlarda və ya ölənlərin xatirəsini anmaq üçün vururlar.
Döyülən Sergey Boqdanov qışqıraraq yardım diləsə də, məbədin
qarşısından keçənlər ona fikir verməyiblər.
Ağır yaralanmış S.Boqdanov birtəhər xəstəxanaya gedib. Həkimlər isə onun yaralarına sarğı qoymaqla kifayətləniblər.
"Mən Sergey Aleksandroviç Boqdanovam. Hindistandayam, ölürəm.
Ölkəmin yardımına ehtiyacım var. Zəngi vurduğuma görə döyüldüm.
Xəstəxanaya getdim və orada gərəkli yardım almadım. Oradan qaçmaq
üçün motosiklet oğurladım. Mənə yardım edin!", - S.Boqdanovun
videomüraciətində deyilir.
S.Boqdanovun anası baş vermiş hadisədən xəbər tutan kimi
Hindistana, oğlunun yanına yollanıb. Amma o, oğlunu ölkədən çıxara
bilməyib./Milli.Az
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO