Ən məşhur ziyafətdə biabırçılıq - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ən məşhur ziyafətdə biabırçılıq - FOTOLAR

Təqvim qışının son günündə, fevralın 28-də Avstriyanın paytaxtı Vyanada keçirilən bal dünyanın ən məşhur ziyafəti sayılır. Bala müxtəlif ölkələrdən məşhur siyasətçilər, aktyorlar, şou-biznes mənsubları, sənətçilər, ictimai xadimlər, idmançılar və s. qatılırlar.

Vyana Opera Teatrının binasındakı bala qatılmağın özü "yüksək təbəqə"yə mənsubluğun bir izharı sayılır.


Lakin dünən bu balda xoşagəlməz olay yaşanıb. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bala qatılanların istisnasız olaraq hamısı smokinqdə olsalar da, "adi" insanlar sayılmasalar da, aralarında xuliqanlıqdan kənar olmayanlar da vardı.

40 və 60 yaşlı iki kişi arasında kuluarda dava düşüb. Onlar əvvəlcə bir-birləri ilə kəskin mübahisə edəndən sonra söyüşüblər. Söyüşlər yumruqlarla əvəzlənib.


40 yaşlı "boksçu"nun zərbəsi onun 60 yaşlı "opponent"inin çənəsini yaralayıb və qoca "döyüşçü"nün frakı qana bulanıb.

Dalaşanları yanlarındakı xanımlar ayırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm