İngiltərədən möhtəşəm "Aurora Borealis" mənzərəsi-FOTOLAR
Bizi izləyin

Bilgi.az

İngiltərədən möhtəşəm "Aurora Borealis" mənzərəsi-FOTOLAR

İngiltərədən möhtəşəm "Aurora Borealis" mənzərəsi-FOTOLAR

Dünən İngiltərənin Norfolk, Essex, Cənubi Uels, Cumbria və Şotlandiya bölgələri möhtəşəm Aurora Borealis mənzərəsiylə örtülüb. Bu cür qırmızı və işıqlı mənzərənin yaranması Artika və Antarktika bölgələrinə xas olsa da, İngiltərə də ötən gecə heyrətamiz atmosferə şahid olub. Movqe.Az "dailymail"ə istinadən həmin görüntüləri sizlərə təqdim edir:

Qütb parıltısı ( Aurora Borealis )- Günəşin fəaliyyəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların Yerin maqnit sahəsinə daxil olması hadisəsi. Yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyacanlanır". Bunun nəticəsində də Qütb parıltısı əmələ gəlir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm