Qurd sürüsünün “ölüm-qalım” sistemi: 3+5+11+5+1
Bizi izləyin

Bilgi.az

Qurd sürüsünün “ölüm-qalım” sistemi: 3+5+11+5+1

Qurd sürülərinin çətin təbiət şərtlərində həyatlarını davam etdirə bilməsi üçün inanılmaz bir sistem qurduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, qurdların hərəkət edərkən qurduğu sistem alimləri də heyrətləndirir.

Sürünün önündə ən zəif və xəstə 3 qurd gedir. Sürüyə qurulan hər hansı bir pusquda ilk onlar öləcəklər. Onların digər vəzifəsi arxadan gələnlər üçün qarda yol açmaqdır.

Onların arxasından sürünün ən təcrübəli 5 döyüşçü qurdu hərəkət edir. Ortada olan 11 dişi qurdu daha 5 təcrübəli döyüşçü izləyir.

Ən arxada isə sürünün lideri hərəkət edir. O, sürünü bütövükdə görməli və izləməlidir. Hər hansı bir hücum anında isə lider özünü qabağa ataraq müdafiə vəziyyətinə keçir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm