Məşhurların gözəllik qüsurları - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Məşhurların gözəllik qüsurları - FOTOLAR

Türkiyədə gözəlliyi dillərdə gəzən məşhur qadınların da qüsurları olduğunu bilirdinizmi?

Publika.az Türkiyə mətbuatına istinadən məşhur ulduzların gözəllik qüsurlarını təqdim edir:

Sinəm Kobal xüsusilə gənc qızlar arasında çox populyardır. Üzündəki xallar surətpərəst aktrisanı narahat etdiyi üçün onları kiçik əməliyyatla aradan qaldırdı. Lakin gözəl aktrisanın göz altı torbaları da onun qüsuru hesab olunur.

Eda Taşpınar ideal bədən ölçüləri diqqətçəkən dizaynerin də qüsuru var. Onun sinəsi böyük bədəninə nisbətən daha kiçikdir.

Müğənni Mustafa Sandalın gözəl xanımı, müğənni Əminə Türkcan uzun burnunu əməliyyat etdirdikdən sonra inanılmaz dərəcədə dəyişmiş, bu qüsurundan xilas olmuşdu. Lakin göz qapaqlarının aşağı olması da ulduzun gözəllik qüsuru kimi qələmə verilir.

Beren Saatın qabaq dişlərinin arasının azca aralı olması onun qüsuru sayılır.

Hazal Kayanın da qüsuru var. Məsum gözəlliyi ilə Türkiyənin sevimlisinə çevrilməyi bacaran gənc aktrisa Hazal Kayanın yeganə problemi boyunun qısa olmasıdır.

Engin Altan Düzyatanın xanımı Neslişah Alkoçların da Beren Saat kimi ön dişlərinin aralı olması onun qüsuru sayılır.

Hər il yaşı artdıqca gözəlliyinə gözəllik qatan Ebru Akelin əlinin üstündə bir ləkə var. Ebru Akel bu ləkəni adətən makiyaj ilə bağlayır.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm