Metroda kütləvi dava - FOTOLAR/VİDEO
Bizi izləyin

Bilgi.az

Metroda kütləvi dava - FOTOLAR/VİDEO

ABŞ-ın Filadelfiya ştatında metroda kütləvi dava düşüb.

Publika.az-ın məlumatına görə, təhlükəsizlik kameraları iki məktəblinin yeniyetmələr tərəfindən əhatə olunaraq döyüldüyünü qeydə alıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Spring Garden" stansiyasında yeniyetmə oğlanlar məktəblini yerə yıxaraq təpikləyirlər. Dalaşanlardan biri hətta qatarın gəlməyinə saniyələr qalmış relslərin üzərinə yıxılıb. Xoşbəxtlikdən, onu vaxtından oradan çıxara biliblər.

Şahidlər məktəblilərin döyülməsinə müdaxilə etməyə çalışsa da, davanın qarşısını ala bilməyiblər.

Yerli mətbuatın verdiyi məlumata görə, qız üstündə başlayan davada 10-dan çox tələbə iştirak edib. Hətta davanı dayandırmaq üçün küçədən də tələbələr platformaya tərəf qaçıb. Polislərin platformaya daxil olduğunu görən gənclər qatara minərək aradan çıxıblar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm