• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ŞOK: Elçiləri kəsib yedilər - FOTOLAR

  • Maraqlı
  • 24 Aprel 2015 22:08
  • 2 152 Baxış
ŞOK: Elçiləri kəsib yedilər - FOTOLAR

Hələ də dünyamızda sivilizasiyadan uzaq tayfalar yaşamaqdadır. Onlardan biri də Benqal körfəzində yerləşən Andaman adalarının birində yaşayır. Şimali Sentinel adası rəsmən Hindistanın idarəçiliyindədir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Sentinel adasına yaxınlaşmağa çalışan ziyarətçilər qəribə tayfa üzvləri tərəfindən hücuma məruz qalıb. Tayfa üzvləri müasir sivilizasiyandan imtina edərək ətraf-aləmlə əlaqə yaratmaqdan qaçır.

Ada hələ XVIII əsrin sonlarında kəşf edilib. Lakin ada 1867-ci ilə kimi xatırlanmayıb. Çünki həmin ildə Hind ticarət gəmisi qəzaya uğrayıb. 106 sağ qalan dənizçi sahilə çıxmağa macal tapıb. Bu zaman onları aborigenlər qarşılayıb. Aborigenlərin həmləsinə yalnız hərbi gəminin ekipajları tab gətirə bilib.

2004-cü ildə ada sunamidən əziyyət çəkəndə, Hindistan hökuməti sağ qalanlara kömək məqsədilə vertolyot göndərib. Lakin vertolyot üzvləri yerə enə bilməyib. Sentinellilər sahilə çıxaraq vertolyotu ox atəşinə tutublar.

2006-cı iki balıqçı təsadüfən adaya yaxınlaşıb və tayfa üzvləri tərəfindən qətlə yetiriliblər. Hələ bu azmış kimi yerli tayfa üzvləri onları donuz bilərək kəsib yeyiblər.

Sentinellilərin dəqiq sayı məlum deyil. İlkin ehtimala görə onların sayı 40-500 nəfər ola bilər. Onlar haqqında demək olar ki, heç bir məlumat yoxdur. Onların dili, dini və adanı öz dillərində necə adlandırması bəlli deyil.

Hindistan hökuməti ada sakinlərinin daxili işlərinə müdaxilə etməyəcəyini bəyan edib. Hökumət həmçinin də, vətəndaşların adadan uzaq durmasını məsləhət görüb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR