Meymun ona barmaq göztərənə hücum çəkdi - VİDEO
Bizi izləyin

Bilgi.az

Meymun ona barmaq göztərənə hücum çəkdi - VİDEO

Hindistanın Şimla bölgəsindən olan meymun sözün əsil mənasında onu təhqir edən adamı döyüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, meymun onu təhqir edən yeniyetmənin üstünə hücum çəkib. Əvvəlcə oynağan küçə meymunu yoldan keçənləri görərək atılıb-düşüb. Elə bu zaman onun yanından keçən gənc oğlan meymuna orta barmağını göstərib.

Amma yeniyetmə oğlan bu işarənin onun ziyanına işləyəcəyini ağlına gətirməyib. Meymun oğlanın bu hərəkətindən sonra ona hücum çəkərək yerə yıxıb.

Yerə yıxılan oğlan şok keçirsə də, xəsarət almayıb və ayağa duraraq ərazidən uzaqlaşıb.

Görünür, meymuna orta barmaq işarəsinin təhqir olmasını əvvəlcədən öyrədilib.

Ümumiyyətlə, Şimla bölgəsində meymunlar bədnam ad çıxarıb. Onlar yoldan keçən turistlərin çantasını alıb qaçır, bəzilərinin cibindən pul qabı, telefon və fotoaparatını oğurlayır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm