Hər gün bir qadınla görüşmək üçün axtarışa çıxdı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Hər gün bir qadınla görüşmək üçün axtarışa çıxdı - FOTOLAR

Hindistanlı kişi hər günə bir qadınla görüşmək istəyir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kişi bu il ərzində 365 qadınla görüşmək niyyətindədir və o, artıq 110 nəfər qadınla görüşüb.

Kazanova kimi görünən Sunder Ramunun bu qədər qadınla görüşməyində niyyət tam fərqlidir. O, sadəcə olaraq insanlarla tanış olmağa çalışır.

Bundan başqa, Ramunun qadınlarla görüşməsi üçün bir neçə şərti var: qadın onu görüşə çağırıb yeməyin pulunu ödəməli və ya yeməyi özləri bişirməlidirlər.

Ramu deyib: "Mən tənha qalmaqdan qorxurdum . Həyatı kəşf etmək və çox insan tanımaq niyyətinə düşdüm. Kluba getmək süni görünür, ona görə də, qadınlarla görüşə çıxmağa qərar verdim".

Əslində, onun bütün görüşlərinə romantik demək olmaz. Bu görüşlər daha çox xoş vaxt keçirmək, yeni dostlar tapmaq məqsədi güdür. Ona görə də, Ramu hər yaş dövründən olan qadınlarla görüşür.

O, hətta 105 yaşlı qadınla da görüşüb. Bu azmış kimi Ramu küçələrdən zibil yığan dalandarla da görüşməkdən imtina etməyib. Hər iki qadın Ramunu özlərinin hazırladığı yeməyə dəvət edərək küçədə yemək yeyiblər.

Ramu deyib: "Görüşə gedəndə hər hansı bir planım olmur. Mən romantik münasibətlər axtarmıram. Buna görə də, qadınlar mənimlə görüşməkdən imtina etmir".

Ramunun günə bir qadınla görüşmə xəbəri yayıldıqdan sonra bir çox qadınlar ona müraciət etməyə başlayıb. Onların arasında hətta, məşhurları da olub. Belə ki, Ramu hind ulduzu Şreya Şaran, ifaçı RJ Suxitra Kartik Kumarla da görüşüb. Bu azmış kimi Ramu yerli siyasətçinin arvadı tərəfindən evə yeməyə dəvət olunub.

Görüş restorana getmək və ya yeməklə məhdudlaşmır. O, qadınla mağazaya, gəzintiyə çıxmağa və digər yerlərə də getməyə hazırdır. Qadınlardan biri onunla səhər qaçışına da çıxıb. Onların görüşü qaçış bitdikdən sonra qurtarıb. Başqa bir qadınsa onu balıq tutmağa aparıb.

Ramu 1 il ərzində 365 qadınla görüşdükdən sonra öz təcrübəsi və macəraları haqqında kitab yazmağı düşünür.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm