Bilgi.az
Yer kürəsindəki cənnət məkanlar - FOTOLAR
Bu gün Yer Kürəsində eə yerlər var ki, bəşər övladının heç vaxt görmədiyi v daim xəyalı ilə yaşadığı cənnəti əks etdirir. Belə mənzərələri grdükcə yaşadığımız planetin əsl cənnət olduğunu düşünməmək olmur.
Publika.az planetimizdə olan nağıla bənzər mənzərələrin fotolarını toplayıb.
Noyşvanştayn qəsri, Almaniya
Bu romantik qəsr 1868-ci ildə Bavariya kralı II Lüdoviq tərəfindən inşa edilib. İndi isə qəsr Avropada ziyarət edilən yerlərdən biri hesab olunur. Deyilənlərə görə Pyotr Çaykovski "Qu quşu gölü" əsərini məhz bu qəsrdən ilhamlanaraq bəstələyib. Həmçinin Parisin "Disneyland" əyləncə mərkəzində Yatmış Gözəlin qəsri Noyşvanştayn qəsrinin prototipidir.
İşıldaquşların mağarası, yeni Zelandiya
Mağaranın əsas özəlliyi yalnız Yeni Zelandiyada yaşayan minlərlə göbələk ağcaqanadıdır. İşıldaquşlar mağaranın tavanına qonmaqla ulduzlu səma təəssüratını yaradır.
Kolmar şəhəri, Fransa
Kolmar Fransanın ən gözəl yerlərindən biri hesab olunur. Burada köhnə evlər olduğu kimi saxlanılır.
Qlisiniya tuneli, Yaponiya
"Çiçəkli səma" Yaponiyanın Kitaküsyü şəhərində yerləşir. Rəngbərəng-ağ, mavi, yasəməni, bənövşəyi, al-bənövşəyi və göyün müxtəlif çalarlarında olan çiçəklər düz başın üzərində yetişir.
Anhel şəlaləsi, Venesuela
Anhel dünyanın ən hündür şəlaləsidir. Onun tərcümədə mənası "şeytanın dağı" deməkdir. Anhelin su kütləsi yerə toxunmaq üçün havada 1 kilometrə yaxın məsafəni qət edir. Anhelə gedib çıxmaq da asan deyil. Belə ki, şəlalə sıx meşəlikdə yerləşir və ona doğru aparan heç bir yol yoxdur.
Petra şəhəri, İordaniya
Petra haqqında deyirlər: "Zamanın özü kimi qədim çəhrayı şəhər". Petra İordaniyanın ən gəzməli-görməli yerlərindən biridir. Petra 2 min il bundan qabaq fəaliyyət göstərmiş Nəbatilər dövlətinin paytaxtı olub.
Çjen Danksiada rəngli qayalar, Çin
Qansu əyalətində yerləşən dağ massivinə düşmək hər bir fotoqrafın arzusudur. Qayalar öz rəngini Təbaşir dövründən qalma qırmızı qum və yığıntıların sayəsində alıb.
Pamukkale, Türkiyə
"Pambıq qalası" adını daşıyan ərazi Türkiyədə yerləşir. Ərazi daha çox qarlı dərəni xatırladır.
Viaduk Qlenfinnan, Şotlandiya
Bu yol daha çox "Harri Potter" filmindəki səhnələri xatırladır.
Halonq buxta, Vyetnam
3 minə yaxın adanın yerləşdiyi Tonkin körfəzinin zümrüd kimi sularını təsəvvürünüzə gətirin. Vyetnam dilində Halonq "əjdahanın dənizə baş vurduğu yer" mənasını verir. Əfsanəyə görə, ərazi qədim zamanlarda dağlarda yaşayan Dahi Əjdaha tərəfindən yaradılıb.
Vadhu adasında çimərlik, Maldiv adaları
Dünyada yeganə çimərlik var ki, yalnız gecələr gözəl olur. Vadhu adasının çimərliyinə minlərlə rəngli planktonlar toplaşır. İş ondadır ki, planktonların orqanizmində gedən kimyəvi proses zamanı enerji bədənlərindən işıq formasında çıxır. Nəticədə, Maldiv adalarının suyu ulduzlu səmanı xatırladır.
Nura
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR